§ 15.3. Qalaktikanın fırlanması
Spektroskopik tədqiqatlarla müəyyən olunmuşdur ki, bizim Qalaktikanın yaxınlığında olan qalaktikalar fırlanırlar. Onda təbiidir ki, bizim Qalaktika da bir ox ətrafında fırlan-malıdır.
Fərz edək ki, bizim Qalaktika da daxil olan yerli qalakti-kalar qrupu bir-birinə nəzərən sükunətdədir. Onda aydındır ki, verilmiş qalaktikanın spektrində müşahidə olunan şüa sü-rətləri müşahidəçinin özünün hərəkətinin, başqa sözlə Günə-şin qalaktik fırlanmasının təzahürü olacaqdır. Bu yolla aşkar olunmuşdur ki, Qalaktika öz mərkəzi nüvəsi ətrafında fırla-nır.
Fakin Qalaktikanın fırlanmasını Qalaktikadan kənar ul-duz sistemlərinə -qalaktikalara əl atmadan da aşkar etmək olar. Bunun üçün bizim Qalaktikaya daxil olan uzaq ulduzla-rın hərəkətini öyrənmək kifayətdir. Elə bu yolla 1927-ci ildə holland alimi Oort Qalaktikanın fırlanmasını kəşf etmişdir.
Təbiidir ki, Qalaktikanın Günəşətrafı hissəsinin fırlan-ması dəqiq öyrənilmişdir. Qalaktikanın fırlanması dedikdə də biz bu bölgənin fırlanmasını nəzərdə tutacağıq.
Yuxarıda dediyimiz kimi bizim Qalaktika spiral qurulu-şa malik olub daxili və xarici qoldan ibarətdir. Daxili qol xarici qoldan daha sürətlə fırlanır.
Günəşin qonşu ulduzlarla birlikdə Qalaktikanın mərkəzi ətrafında fırlanması da Kepler qanunlarına tabe olacaqdır.
İndi Günəşin Qalaktik orbit üzrə fırlanma dövrünü təyin edək:
Günəşin Qalaktikanın mərkəzindən məsafəsi 10 000 ps olduğundan onun Qalaktik orbitinin uzunluğu üçün yaza bi-lərik:
2pRq =2p-10000ps = 2 p-3-1017 km. (15.1)
Günəşin Qalaktikanın mərkəzi ətrafında xətti fırlanma sürəti 250 km/s olduğundan yazmaq olar ki,
2pRq = 250Tq, (15.2)
harada ki, Rq - Günəşin qalaktik orbitinin radiusu və Tq - Gü-
nəşin Qalaktika-nın mərkəzi ətrafında fırlanma dövrüdür.
Aydındır ki, (15.1) və (15.2)-nin sağ tərəflərinin bərabər-liyindən Qalaktikanın Günəş yerləşən hissəsinin fırlanma dövrü üçün taparıq ki,
Tq=2 p-3-1017/ 250 » 2108 il . (15.3)
Yəni Qalaktikanın Günəşətrafı hissəsinin fırlanma dövrü 200 milyon ildir. Bu dövrə qalaktik il deyilir. Son məlumatla-ra görə bu dövr 240-250 milyon ildir.
Qalaktikanın fırlanması nəticəsində o sıxılmış ellipsoid şəkli alır. Ona görə ulduzlar Qalaktika müstəvisi ətrafında cəmləşirlər. Günəş də bu müstəvidə yerləşir.
Qalaktikanın fırlanması çox mürəkkəb bir prosesdir. Tə
biidir ki, o bərk cisim kimi fırlanmır. Onun fırlanmasının əsas özəllikləri aşağıdakılardır:
-
Əgər Qalaktikanın şimal qütbü tərəfindən baxsaq onun fırlanması saat əqrəbi istiqamətində baş verir.
-
Qalaktikanın mərkəzindən kənarlarına doğru getdikcə fırlanmanın bucaq sürəti azalır.
-
Qalaktikanın mərkəzindən kənarlarına doğru xətti fır-lanma sürəti əvvəlcə artır, Günəş ətrafında maksimum olub 250 km/s-yə çatır, bundan sonra isə yavaş-yavaş azalır.
Dostları ilə paylaş: |