bölgəsində müşahidə olunur. Nəticədə spektr tanınmaz şəklə düşür.
Kvazarların təbiəti və spektrlərində müşahidə olunan çox güclü qırmızı sürüşmə hələ tam öyrənilməmişdir. Güman edilir ki, kvazarların spektrində müşahidə olunan qırmızı sürüş-mə Kainatın genişlənməsi ilə qalaktikaların işıq sürətinə yaxın sürətlərlə uzaqlaşması ilə əlaqədardır. Onda sonrakı paraq-rafda haqqında danışacağımız Habbl qanununa görə demək olar ki, kvazarlar bizdən bir neçə min meqaparsek məsafədə olan ən uzaq və çox güclü şüalanma obyektləridir.
Bu qədər uzaq məsafələrdə yerləşən heç bir qalaktika mü-şahidə olunmur və ona görə də onlardan bizə heç bir informa-siya gəlib çatmır.
Şəkil 15.14-də 1963-cü ildə kəşf olunan kvazar göstəril-mişdir.