Şəhil 14.5. İhavın orbiti
Kiçik planetlər - asteroidlər Marsla Yupiter orbitləri arasında eni təxminən 40 000 000 km olan bir halqa əmələ gə-tirirlər. Asteroidlər də Gü-nəş ətrafında Kepler qa-nunları üzrə planetlərin dolanma istiqamətində (qərbdən şərqə doğru) do-lanırlar. Bəzi asteroidlərin orbitlərinin eksentrisiteti çox böyükdür. Onların bə-ziləri perihelidə Merkuri-nin də orbitinin daxilinə gi-rirlər. 1949 -cu ildə Baade-nin kəşf etdiyi Ikar orbitinin perihelisində Merkuri orbitinin daxilinə girir, afelisində isə Mars orbitindən də kənara çıxır. Onun orbitinin eksentrisiteti e=0.83. Şəkil 14.5 -də Ikarın orbiti göstərilmişdir.
Ən böyük asteroid olan Sereranın diametri 960 km, küt-ləsi isə 0.9-1021 kq. Ən kiçik asteroidin diametri isə 50 m, küt-ləsi isə 109 kq -dır . Orta asteroid qurşağındakı asteroidlərin diametri təxminən 100 km -dir. Asteroidlərin orta heliosentrik məsafəsi 2.8 a.v., Günəş ətrafında orta dolanma dövrü isə 4.7 ildir.
Dostları ilə paylaş: |