Backup of Uz Qabigi



Yüklə 3,95 Mb.
səhifə165/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   161   162   163   164   165   166   167   168   ...   183
§14.5. Asteroidlər
Təxminən 230 il bundan əvvəl Tisius və Bode planetlərin Günəşdən olan məsafələrini təyin etmək üçün empirik bir qayda vermişdir. Bu qaydaya görə planetlərin astronomik va-hidlərlə ifadə olunmuş heliosentrik məsafələri aşağıdakı empirik düsturla təyin oluna bilər:

rn=0.4 +0.15-2n-1 . (14.1)

Burada n planetlərin Günəşdən məsafələrinə görə nömrə-sidir. Yeri gəlmişkən qeyd edək ki, Fesenkov (14.1) -in əvəzi-nə yeni bir empirik düstur təklif etmişdir:
Burada K - sabit, Mn -n -ci planetin kütləsi, М® -Günəşin

kütləsi və rn-1 -bir əvvəlki planetin heliosentrik məsafəsidir.

Maraqlıdır ki, Yupiter Günəş sisteminin 5 -ci planetidir. Lakin o Tisius -Bode düsturundan təyin olunmuş məsafəsinə görə 5 -ci yox, 6 -cı planetə uyğun gəlir. Doğrudan da onun heliosentrik məsafəsi 5.2 a.v -dir. Empirik (14.1) -düsturuna
görə isə n=5 olduqda rn=2.8 a.v. alırıq. Onda belə fikir mey-

dana çıxmışdır ki, Günəş sistemində heliosentrik məsafəsi təx-minən 2.8 a.v. olan və hələ məlum olmayan bir planet də ol-malıdır.

Belə bir planet yalnız 1801-ci ildə Piassi tərəfindən kəşf olundu və ona Serera adı verildi. Daha sonra Marsla Yupiter orbitləri arasında minlərlə belə kiçik planetlər kəşf olundu. Onlar çox kiçik olduqlarından ulduza bənzəyir. Elə ona görə də onlara asteroid (ulduzabənzər) adı verildi.


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin