Qalaktik koordinat sistemində əsas müstəvi olaraq bizim daxil olduğumuz ulduz sisteminin - Qalaktikanın müstəvisi qəbul olunmuşdur. Qalaktika müstəvisinin göy sferi ilə kəsiş-
Şəkil 2.4. Qalaktik koordinat sistemi
diyi böyük göy dairəsinə qalaktik ekvator deyilir (GQG'CQ'KG) (şəkil 2.4-də bax). Qalaktika müstəvisi ekvator müs-təvisi ilə 62o.6 -lik bucaq əmələ gətirir. Qalaktika müstəvisinə perpendi-kulyar olan və dünyanın mərkəzindən keçən xət-tə Qalaktikanın oxu de-yilir. Qalaktikanın oxu iki nöqtədə göy meridia-nını kəsir. Bu kəsişmə
nöqtələrindən dünyanın şimal qütbünə yaxın olan Qalaktika-nın şimal qütbü L, dünyanın cənub qütbünə yaxın olan isə Qa-laktikanın cənub qütbü L' adlanır.
Qalaktikanın qütblərindən və verilmiş göy cismindən keçən böyük göy yarımdairəsinə qalaktik enlik dairə-si deyilir.
Qalaktik ekvator boyunca C Qalaktika mərkəzindən verilmiş göy cisminin qalaktik enlik dairəsinə qədər olan qövsün uzunluğuna qalaktik uzunluq l deyilir. LML' qalaktik enlik dairəsi boyunca Qalaktika müs-təvisindən M göy cisminə qədər olan qövsün uzunluğu-na qalaktik enlik б deyilir.
Şəkil 2.4-dən göründüyü kimi M göy cisminin qalaktik enliyi və qalaktik uzunluğu uyğun olaraq
б =uKM və ya ZMOK, l = uCK və ya ZCOK.
Aydındır ki, qalaktik enlik 0o ilə ±90o arasında, qalaktik uzunluq isə 0o ilə 360o arasında qiymətlər ala bilər.
Dostları ilə paylaş: |