§10.7. Illik parallaksın təyini
Ulduzların illik parallaksı onların parallaktik sürüşməsi-nə görə təyin olunur. Bu yolla təyin olunan parallaks triqono-metrik parallaks adlanır.
Ulduzların triqonometrik parallaksının təyini §10.4-də bəhs etdiyimiz Günəş sistemi cisimlərinin günlük parallaksı-nın təyininə analojidir. Bu zaman eyni ulduzun geosentrik koordinatları Yer orbitinin bir-birindən təxminən 180° fərqlə-nən (və ya zaman etibarilə 6 ay fərqlənən) iki nöqtəsindən tə
yin olunur.
Son zamanlar ulduzların illik parallaksı Yerin süni peyk-lərinin və kosmik apparatların köməyi ilə təyin edilir. Bu məqsədlə 1975-ci ildə Avropa Kosmik Agentliyinin bəyəndiyi "Hipparkos" (HIPPARKOS-"High Precision Parallax Collecting Sattellite", yəni "Yüksək dəqiqlikli parallakslar toplamaq üçün peyk") layihəsi hazırlanmışdır. Bu layihənin hazırlanmasında 30-dan çox rəsədxana və institutların əmək-daşları iştirak etmişdir. Layihənin əsas məqsədi müqayisə ulduz olaraq ən uzaq ulduzları, o cümlədən ekliptikanın qütbü yaxınlığındakı ulduzları götürməklə ulduzların mütləq paral-laksını təyin etməkdən ibarətdir. Məlumdur ki, adi Yer müşa-hidələrində müqayisə ulduzu olaraq öyrənilən ulduza ən yaxın ulduzlar götürülür.
Bu yeni üsülun dəqiqliyi 0".001-0".002-ə çatır. Hazırda 100 000-dən çox ulduzun illik parallaksı kifayət qədər dəqiq-liklə təyin olunmuşdur. Onların böyük əksəriyyəti kosmik yolla aparılmışdır.
1989-cu ildə Fransada buraxılan kosmik aparat və 1990-cı ildə ABŞ-da buraxılan "Diskaveri" Yer ətrafı kosmik rəsəd-xanasının proqramında digər məsələlərlə yanaşı ulduzların illik parallaksının təyini məsələsi də dururdu.
Dostları ilə paylaş: |