§10.8. Astronomiyada uzunluq valıidləıi
Göy cisimləri çox uzaq olduğundan Yerdə qəbul olunan uzunluq vahidləri astronomiyada yaramır. Astronomiyada əsas uzunluq vahidi olaraq Yerin Günəşdən orta məsafəsi qə-bul olunur. Daha öncə dediyimiz kimi bu məsafə 1 astrono-mik vahid (a.v.) adlanır. Yadımıza salaq ki,
1 a.v.»149 598 000 km-dir.
Bu vahid də astronomiyada kiçik hesab olunur. Ona gö
rə daha böyük vahid- parsek işlədilir.
İllik parallaksı p=1" olan ulduza qədər məsafə 1 parsek (ps) adlanır.
Əgər (10.23)-də parallaksı 1" qəbul etsək alarıq ki,
1ps=206265 a.v.*30.86-1012 km.
Daha böyük məsafələri ölçmək üçün kiloparsek (kps) və meqaparsek (mps) istifadə olunur.
1kps=103 ps=30.86-1015 km, 1mps=106 ps=30.86-1018 km.
Astronomiyada uzunluq vahidi olaraq işıq ili də istifadə olunur.
İşığın bir ildə getdiyi yol işıq ili (i.i.) adlanır.
Aydındır ki,
1 /л.=3-105 -365.2422-24-3600=9.46-1012 km=63240 a.v.=0.3067 ps. Yuxarıda adını çəkdiyimiz Proksima ulduzuna qədər mə-
safə
r = 1.3 ps = 4.2 i.i.= 4-1013km.
Buradan göründüyü kimi ən yaxın ulduzlardan işıq şüaları bizə yalnız 4.2 ilə gəlib çıxır.
Dostları ilə paylaş: |