Cazibə qüvvəsi istənilən iki cisim arasında mövcud-dur.
Cazibə qüvvəsi istənilən məsafədə mövcuddur və mə-safənin kvadratı ilə tərs mütənasibdir.
Cazibə qüvvələrini heç bir vasitə ilə pərdələmək (zəiflətmək və ya gücləndirmək) mümkün deyil.
Cazibə qüvvəsi cisimlərin fiziki halından (qaz, ma-ye, bərk cisim) və kimyəvi tərkibindən asılı deyil.
Cazibə qüvvələri yalnız cisimlərin kütləsindən və məsafəsindən asılıdır.
§11.5. İki cisim məsələsi. Enerji inteqralı Əgər xarici sahədə yerləşmiş m kütləli maddi nöqtənin potensial enerjisi istiqamətdən asılı olmayıb yalnız sahənin mərkəzindən olan məsafədən asılı olarsa sahə mərkəzi sahə adlanır. Mərkəzi sahədə hissəciyə təsir edən qüvvə də yalnız sahənin mərkəzindən cismə qədər olan məsafədən asılı olub, sahənin hər bir nöqtəsində radius-vektor üzrə mərkəzə doğru yönəlir.
Mərkəzi sahələrin ən mühüm halı mərkəzi cazibə sahəsi-dir. Mərkəzi cazibə sahəsində maddi nöqtəyə təsir edən qüvvə onun kütləsi ilə düz, cazibə mərkəzindən olan məsafənin kvadratı ilə tərs mütənasib olub, radius-vektor boyunca cazi-bə mərkəzinə doğru yönəlir.
Fərz edək ki, mərkəzi cazibə sahəsi M kütləsi bir nöqtədə cəmlənmiş cisim (şəkil 11.4) tərəfindən yaradılmışdır. Bu sa-hədə cazibə mərkəzindən r məsafədə olan m kütləli maddi nöqtənin hərəkətinə - başqa sözlə, iki cisim məsələsinə baxaq.