Backup of Uz Qabigi


§ 12.1. Sarsıntıların növləri



Yüklə 3,95 Mb.
səhifə134/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   130   131   132   133   134   135   136   137   ...   183
§ 12.1. Sarsıntıların növləri
Yuxarıda dediyimiz kimi planetlərin hərəkətində Kepler qanunlarmdan kənara çıxmalar sarsıntılar adlanır. Plane tlə-rin real hərəkəti isə sarsılmış hərəkət adlanır. Planetlərin real hərəkəti zamanı onların orbit elementləri müntəzəm olaraq dəyişir. Buna orbit elementlərinin sarsılması deyilir.

Sarsıntılar iki növ olur:



  1. Əsri sarsıntılar;

  2. Dövri sarsıntılar;

Əsri sarsıntılar göy cisimlərinin orbitlərinin qarşılıqlı və-ziyyətlərindən asılıdır. Günəş sistemi cisimlərinin orbitlərinin qarşılıqlı vəziyyətləri əsrlər boyu çox az dəyişdiyindən orbit elementlərinin sarsılması həmişə eyni istiqamətdə baş verir (artır və ya azalır) və zamanla mütənasibdir. Əsri sarsıntılar əsasən qalxan düyünün uzunluğuna və perihelinin bucaq mə-safəsinə təsir edir. Orbitin böyük yarımoxuna, ekssentrisiteti-nə və meylinə əsri sarsıntı çox zəif təsir edir.

Dövri sarsıntılar göy cisimlərinin orbitlərindəki qarşılıqlı vəziyyətlərindən asılıdır. Göy cisimlərinin orbitlərindəki və-ziyyətləri dövrü olaraq dəyişdiyindən dövri sarsıntılar gah bu, gah da əks istiqamətdə baş verir və dövri olaraq təkrarlanır. Dövri sarsıntılar bütün orbit elementlərinə təsir edir.

Həm əsri həm də dövri sarsıntılar kifayət qədər kiçikdir və planetlərin hərəkətinə güclü təsir edə bilmir. Odur ki, pla-netlərin orbitləri milyard illərlə ölçülən uzun zaman fasilələ-rində əsaslı dəyişikliklərə məruz qalmır.


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin