§ 12.6. Qabarma və çəkilmənin təzahürləri
Biz § 12.4-də sadəlik üçün fərz etdik ki, Yer kürəsi hər tə-rəfdən su qatı ilə əhatə olunub. Əslində isə qabarma dalğası qitələrin mürəkkəb sahil xətləri ilə, dəniz və okeanların müx-təlif formalı dibləri ilə qarşılaşır və sürtünməyə məruz qalır. Ona görə qabarmanın baş vermə anı Ayın kulminasiya anı ilə üst-üstə düşmür və 6 saata qədər gecikir. Bu gecikmə müddə-tinə tətbiqi saat deyilir.
Qabarma nəticəsində suyun səviyyəsinin qalxması da çox mürəkkəb xarakter daşıyır. Bəzi dənizlərdə, məsələn Qara və Baltik dənizlərində qabarma nəticəsində suyun səviyyəsi cəmi bir neçə sm qalxdığı halda okeanların sahildən uzaq yerlərin-də suyun səviyyəsi təxminən 1m, Oxot dənizində isə 18 m-э çatır.
Nəhayət qeyd edək ki, Yer atmosferi də qabarma və çə-kilmələrə məruz qalır. Bu da atmosfer təzyiqinin dəyişməsinə səbəb olur. Yer qabığında da qabarma və çəkilmələr özünü bi-rüzə verir. Lakin Yer qabığının qabarması su qatının qabar
masından çox-çox kiçik olub bir neçə desimetr tərtibində olur. Yer qabığında baş verən qabarma dalğası Yerin fırlan-ma dövrünü sistematik olaraq azaldır.
Dostları ilə paylaş: |