Şəhıl 2.3. tklıptık koordinat sistemi Ekliptik koordinat sistemində göy cisimlərinin vəziyyəti ekliptika müstəvisinə nəzərən təyin olunur. Sonrakı paraqraf-larda görəcəyimiz kimi ekliptika Günəşin zahiri illik hərəkəti zamanı göy sferində cızdığı böyük göy dairəsidir. Ekliptika müstəvisi ekvator müstəvisi ilə 23°26.'5 -lik bucaq əmələ gəti-rir. Ekliptik koordinat siste-mində göy cisimlərinin vəziyyəti onların ekliptik enliyi p və ekliptik uzunluğu l ilə təyin olunur. İxtiyari bir M göy cismi götürək (Şəkil 2.3-ə bax).
Ekliptikanın qütblə-rindən (П - şimal və IT - cənub qütbü) və göy cismindən keçən böyük göy yarımdairəsinə ek-liptik enlik dairəsi de-