Şəhil 2.1. Üfüqi koordinat sistemi
olar.
Müxtəlif göy cisimləri üçün hündürlük 0o ilə ±90o arasında qiymətlər ala bi-lər. Yəni,
h = 0o - ± 90o.
Göy cismi üfüqdən zenitə tərəf olduqda (göy sferinin görünən hissəsində oldug-da) hündürlük müsbət (h>0), nadirə tərəf olduqda (göy sferinin görünməyən
hissəsində oldugda) isə mənfi (h< 0) olur.
Bəzən hündürlük əvəzinə zenit məsafəsi z daxil edilir.
Hündürlük dairəsi boyunca zenitdən M göy cisminə qədər olan ZM qövsünə və ya onun qarşısındakı ZOM bucağına göy cisminin zenit məsafəsi deyilir.
Yəni, M göy cisminin zenit məsafəsi
z=ZZOM və ya uZM. (2.3)
Müxtəlif göy cisimləri üçün zenit məsafəsi 0o ilə 180o ara-sında dəyişə bilər, yəni,
z = 0o н- 180o. Aydındır ki, ixtiyari göy cismi üçün istənilən anda
z + h = 90o (2.4.)
olar.
Yuxarıda dediyimiz kimi üfüqi koordinat sistemində göy cisminin vəziyyətini təyin edən ikinci koordinat göy cisminin azimutudur.
Zenitdə meridianla M göy cisminin hündürlük dairəsi arasındakı KZS sferik bucağına və ya riyazi üfüq boyunca göy sferinin fırlanma istiqamətində S cənub nöqtəsindən göy cisminin hündürlük dairəsinə qədər olan SK qövsünə göy cisminin azimutu deyilir.
(2.5)
Yəni, M göy cisminin azimutu
A=ZKZS və ya uSK.
Müxtəlif göy cisimləri üçün azimut 0o ilə 360o arasında qiymətlər ala bilər, yəni,
A = 0o г 360o.
Nəhayət qeyd edək ki, zenit Z və cənub S nöqtələri göy sferinin günlük fırlanmasında iştirak etmədiyindən üfüqi koordinatların hər ikisi gün ərzində kəsilmədən dəyişir. Bunu gün ərzində Günəşin hündürlüyünün dəyişməsində daha əya-ni görmək olar. Ona görə cöy cisimlərinin müşahidədən təyin olunmuş üfüqi koordinatları yalnız müşahidə olunan an üçün doğrudur.
Beləliklə, üfüqi koordinat sisteminin üstünlüyü onun sa-dəliyi və əyaniliyi, çatışmazlığı isə hər iki koordinatın gün ər-zində müntəzəm olaraq dəyişməsidir.
Təbiidir ki, elə koordinat sistemi seçmək lazımdır ki, o sistemdə koordinatlar gün ərzində dəyişməsin. Bu məqsədlə ekvatorial koordinat sistemlərindən istifadə edilir.
Dostları ilə paylaş: |