2. fkinci ekvatorial koordinat sistemi
Bu koordinat sistemində də koordinatlardan biri göy cisminin meylidir. İkinci koordinat isə göy cisminin düz doğuşu a adlanır.
Göy cisminin PMP' meyl dairəsi müstəvisi ilə yaz bə-rabərliyi nöqtəsinin P YP' meyl dairəsi müstəvisi ara-sındakı ikiüzlü bucağa və ya onun qarşısındakı YK qövsünün uzunluğuna göy cisminin düz doğuşu deyilir.
Yəni, M göy cisminin düz doğuşu
a = Z YOK və ya uYK
(2.13)
olar. Göy cisminin düz doğuşu ekvator boyunca yaz bə-rabərliyi nöqtəsindən şərqə tərəf ölçülür və müxtəlif göy cisim-ləri üçün 0o ilə 360o (və ya 0h ilə 24h) arasında dəyişə bilir, yə-ni
a=0o г 360o və ya a= 0h г 24h
(2.14)
Verilmiş göy cismi üçün bu koordinatların heç biri gün ərzində dəyişmir. Ona görə də ikinci ekvatorial koordinat sis-temi astronomiyada əsas koordinat sistemi kimi qəbul olunur və bütün ulduz kataloqları bu sistemdə verilir.
Dostları ilə paylaş: |