§ 2.5.Dünyanın şimal qütbünün üfüqdən hündürlüyü
Əvvəllər dediyimiz kimi Göy sferinin şərqdən qərbə doğ-ru günlük fırlanması Yerin öz oxu ətrafında qərbdən şərqə doğru fırlanmasının təzahürüdür. Dünyanın oxu PP' Yerin fırlanma oxu pNpS-ə paraleldir. Ona görə Yer səthindəki mü-
şahidəçi yerindən asılı olmayaraq göy sferinin həmişə eyni ox ətrafında fırlanmasını müşahidə edəcəkdir. Yəni dünyanın oxu PP' fəzada öz vəziyyətini saxlayır. Şaquli xətt ZZ' isə mü-şahidəçinin Yer səthindəki vəziyyətindən asılı olaraq istiqa-mətini dəyişir və dünya oxu PP' ilə müxtəlif bucaq əmələ gəti-rir.
Şəkil 2.5. Dünyanın şimal qütbünün üfüqdən olan hündürlüyü
Yer səthinin O nöqtəsində olan müşahidəçi üçün (şəkil 2.5) zenit OZ istiqamətində, üfüq müstəvisi isə O nöq-təsində Yer səthinə toxunan NS istiqa-mətində olar. Əgər Yerin fırlanma oxu pNpS, Yer ekvatoru
isə q'q olarsa müşa-hidə nöqtəsinin coğrafi enliyi
ZOTq = ZPON
və ya
olar. Beləliklə, alırıq ki,
(2.19)
dünyanın şimal qütbünün üfüqdən hündürlüyü müşa-hidə yerinin coğrafi enliyinə bərabərdir.
Dostları ilə paylaş: |