Backup of Uz Qabigi


§ 4.1. Astronomiyada zaman vahidləri



Yüklə 3,95 Mb.
səhifə42/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   38   39   40   41   42   43   44   45   ...   183
§ 4.1. Astronomiyada zaman vahidləri
Astronomiyada əsas zaman vahidi Yerin öz охи ətrafın -da fırlanma dövrüdür. Bu zaman vahidi gün adlanır. Gün se-çilmiş göy cisminin və ya xəyali bir nöqtənin verilmiş coğrafi meridianda iki ardıcıl eyni adlı kulminasiyası arasındakı vaxt-dır. Cöy sferində seçilmiş cismə və ya nöqtəyə görə gün xüsu-si ad alır. Məsələn, həqiqi Günəş günü, orta Günəş günü, ulduz günü və s.

Sonra görəcəyimiz kimi bu günlərin uzunluğu bir qədər fərqlidir. Kiçik zaman fasilələrini ölçmək üçün günün hissələ-rindən istifadə olunur. Məsələn, həqiqi Günəş gününün 24-də birinə bir Günəş saatı, Günəş saatının 60-da birinə bir Günəş dəqiqəsi və Günəş dəqiqəsinin 60-da birinə bir Günəş saniyə-si deyilir.

Aydındır ki, bir Günəş gününün 86400-də biri bir saniyə olacaqdır. Yəni,
Is = 1/(24-60*60) = —-— orta Günəş günü . 86400

Böyük zaman fasilələrini ölçmək üçün sinodik ay (Ayın iki ardıcıl eyni adlı fazası arasındakı zaman fasiləsi), siderik ay (Ayın Yer ətrafında bir dövr etməsi üçün lazım olan zaman fasiləsi), tropik il (Günəş diski mərkəzinin yaz bərabərliyi nöq-təsindən iki ardıcıl keçməsi arasındakı zaman fasiləsi) və ulduz ili (Günəşin ulduzlar arasında öz əvvəlki yerinə qayıtması üçün lazım olan zaman fasiləsi) zaman vahidlərindən istifadə olunur. Bu vahidlər orta Günəş günləri ilə aşağıdakı kimi ifadə olunurlar:

Sinodik ay = 29.5306 (29d12h44m2s.8) orta Günəş günü;

Siderik ay = 27.3216 (27d07h43m11s.5) orta Günəş günü;

Tropik il = 365.2422 (365d05h 48m46s) orta Günəş günü;

Ulduz ili = 365.2564 (365d06h09m10s) orta Günəş günü;



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin