AT = -AS = k'AS
m
к
olar. Burada
k— H241— 1.00273, k—366.2422 — 0.99727.
§ 4.8 Atom vaxtı
Çoxsaylı müşahidələrlə müəyyən olunmuşdur ki, Yerin öz oxu ətrafında fırlanması bərabərsürətli deyil. Bu səbəbdən orta Günəş vaxtı da bərabərsürətlə axmır. Bəzi astronomik məsə-lələrin həlli üçün isə yüksək dəqiqliklə bərabərsürətlə axan vaxt sistemi tələb olunur. Bu məqsədlə kvars saatlarından istifadə olunur. Bu saatlarda kvars lövhə yuksək gərginlikli dəyişən cə-rəyanla sabit yüksək tezliklə rəqs etdirilir. Sonra xüsusi qurğu
ilə yüksək tezlikli rəqslər kiçik tezlikli sabit rəqslərə çevrilir və bu rəqslər saatın əqrəbinə ötürülərək saniyə impulsları yaradır. Kvars saatları ilə vaxtı 10-6 saniyə dəqiqliyi ilə ölçmək olur.
Bəzi elmi-texniki məsələlərin həlli vaxtın 10-8 saniyə dəqiq-liyi ilə ölçülməsini tələb edir. Bunun üçün sezium 133Cs izotopu-nun əsas səviyyəsinin ifrat incə yarım səviyyələri arasında rezo-nans keçidə uyğun gələn tezliyin tərs qiyməti atom saniyəsi qə-bul edilir. Bu bir saniyədə 9192631770 rəqsə uyğun gəlir və ona əsaslanan vaxta atom vaxtı deyilir. Atom saniyəsi 1967-ci ildə beynəlxalq sistemdə vaxt vahidi kimi qəbul olunmuşdur. Vaxt sisteminin sezium etalonu bir çox astronomiya və meteorologi-ya mərkəzlərində saxlanılır. Astronomiya vaxtı ilə atom vaxtı arasındakı fərq çox kiçikdir. Bu fərqi nəzərə almaq üçün hər il dekabrın 31-də, bəzi illərdə isə dekabrın 31-də və iyunun 30-da günün axırında astronomik vaxt hesabına ±1 saniyə düzəliş edilir və bununla Yerin öz oxu ətrafında fırlanmasının bəra-bərsürətli olmaması nəzərə alınır.
Dostları ilə paylaş: |