Backup of Uz QabigiGöy bııdaqları Yer btıdaqlan
Cədvəl 4.5. Tsiklik çin təqvimi Məsələn 1984-cü ilin dövrü təqvimdə hansı ilə uyğun gəl-diyini tapaq. 1984-ü 60-a böldükdə qalıq 4 alınır. Ondan 3 çıx-saq 1 qalır. Deməli, 1984-cü il dövrün 1-ci ilidir. Birinci tsiklin birinci ili və ya dövrü eranın başlanğıcı ola-raq bizim eradan əvvəl 2637-ci il götürülüb. Bu əfsanəvi hökmdar Xuan Di-nin hakimiyyətə başladığı ildir. Asanlıqla hesablamaq olar ki, 1983-cü il 77-ci dövrün axırıncı ilidir. 1984-cü ildən 78-ci dövr başlanır. 2003-cü il 78-ci dövrün 20-ci ilidir. V FƏSİL GÖY CİSİMLƏRİNİN KOORDİNATLÄRINI TƏHRİF EDƏN HADİSƏLƏR Göy cisimlərinin müşahidələrdən alınmış koordinatlan onların həqiqi koordinatları deyil. Həqiqi koordinatlar bəzi hadisələr nəticəsində təhrif olunur. Göy cisimlərinin göy sferində həqi-qi yerini təyin etmək üçün bu hadisələ-rin təsiri nəzərə alınmalıdır. Bu fəsildə göy cisimlərinin koordinatldarını təhrif edən hadisələr və onlarla bağlı bəzi mə-sələlərlə tanış olacağıq. § 5.1. Atmosfer refraksiyası Məlum olduğu kimi, Yer kürə si hava океаш, başqa sözlə atmosferlə əhatə olunmuşdur. Yer səthindən uzaqlaşdıqca at-mosferin sıxlığı azaldığından onun sındırma əmsalı da azalır. Ona görə göy cisimlərindən gələn işıq şüaları Yer atmosferin-dən keçir və Yerə çatana qədər atmosferdə dəfələrlə sınır. Mü-şahidəçi göy cismini Yer səthinə çatan son işıq şüası istiqamə-tində gördüyündən o bu göy cismini həqiqi yerində yox, baş-qa bir yerdə müşahidə edəcəkdir. Göy cisimlərindən gələn işıq şüalarının Yer atmosfe-rində sınması nəticəsində onların həqiqi yerinin təhrif olunması hadisəsinə atmosfer refraksiyası və ya astronomik refraksiya deyilir. İşıq şüaları sıxlığı az olan mühitdən sıxlığı çox olan mü-hitə keçdikdə sınaraq, sınma nöqtəsində səthə çəkilmiş nor-mala yaxınlaşır. Yer səthinə yaxınlaşdıqca atmosferin sıxlığı artdığından, göy cisimlərindən gələn şüalar həmişə eyni tərəfə sınacaqlar. Sadəlik üçün fərz edək ki, şəkil 5.1 -də göstərildiyi kimi Yer atmosferi sındırma əmsalları n1, n2, nn və sıxlıqları uy- ğun olaraq p'1, p'2, p'n olan müstəvi paralel qatlardan iba- rətdir. Aydındır ki,
olduğundan n1 > n2 > n3 >... olacaqdır. Fərz edək ki, müşahidəçi Yerin səthində О nöqtəsindədir. Onda aydındır ki, zenit OZ istiqamətində olacaqdır. Atmosfer olmasaydı, О nöqtəsindəki müşahidəçi M göy cismini ОМ istiqamətində görərdi. Atmosferdə işıq şüalarının çoxqat sın
p = z - z' (5.1) Şəkil 5.1. Atmosfer refraksiyası Şəkil 5.1- dən və (5.1) ifadəsindən gö-ründüyü kimi at-mosfer refraksiyası göy cisimlərinin zenit məsafəsini azaldır və ya hündürlüyünü artı-rır. Düşən və sınan şüalar eyni müstəvidə yerləşdiyindən at-mosfer refraksiyası göy cisimlərinin azi-mutıma təsir etmir. Atmosfer refrak-siyasının qiyməti Yer atmosferinin fiziki halından və göy ci
simlərinin zenit məsafəsindən asılıdır. Refraksiya aşağıdakı təqribi düsturla təyin olıma bilər: p = 60".25 273°
760 273° +t° • tgz',
(5.2) burada P - atmosfer təzyiqi, to - Selsi şkalasında temperatur və z' - görünən zenit məsafəsidir. (5.2) - dən alırıq ki, z' =0
oldıqda olur, yəni göy cismi zenitdə olduqda refraksiya sıfır olur. Doğrudan da zenitdə olan göy cisimlərindən gələn şüalar at-mosferə normal istiqamətdə düşür. tşıq şüaları normal istiqa-mətdə düşdükdə sınma bücağı sıfır olur, başqa sözlə şüalar sınmır. Yenə (5.2) - dən göründüyü kimi z'® 90o olduqda olur, yəni göy cismi üfüqdə olduqda refraksiya sonsuzluq olur. Müşahidələr isə göstərir ki, z' = 90o olduqda olur. Deməli (5.2) ifadəsi böyük zenit məsafələrində ödənil-mir. Bu düstur yalnız z'£70o olan hallar üçün doğrudur. Beləliklə, atmosfer refraksiyası göy cisimlərinin zenit mə-safəsini azaldır (hündürlüyünü artırır), azimutuna isə təsir et-mir. § 5.3. Atmosfer refraksiyasının ekvatorial koordinatlara təsiri Göy cisminin göy sferində həqiqi yerini şəkil 5.2 - dəki kimi M ilə göstərək. Onda bu göy cisminin hündürlük dairəsi ZMZ', meyl dairəsi PMP' olar. tndi fərz edək ki, refraksiya-nın təsiri ilə onun hündürlüyü artmış və M ' görünən vəziyyə-tindədir. O zaman görünən hündürlük dairəsi ZM ' Z ' və görü-nən meyl dairəsi PM P olar. Şdkil 5.2. Atmosfer refraksiyasımn göy Şəkildən göründüyü kimi M göy cisminin həqiqi və görü-nən zenit məsafələri z= uZM, z ' = uZM '. Şəkildən aydın görün-düyü kimi z ' = z - uMM '. Yəni,
z > z ' və ya h < h '. Yenə həmin şəkil 5.2.-dən göründüyü kimi M göy cisminin həqiqi və görünən cisimlərinin ekvatorial koordinatlarına təsiri ekvatorial koordinatları oim= ugK ' , 5m= uK ' M; a,® uyK"= ugK'+uK' K"=oim+Aa (5.5) Sm= uK"M '= uK' M+A5=5m+A5 (5.6) kimi olar. Burada Aa > 0 və AS > 0 olduğundan olar, yəni atmosfer refraksiyası göy cisimlərinin düz doğuşu nu və meylini artırır. Nəhayət onu da qeyd edək ki, şəkil 5.2 - dən göründüyü kimi refraksiya göy cisimlərinin saat bucağını azaldır. Göy cismi kulminasiyada olduqda isə ona təsir etmir. Yüklə 3,95 Mb. Dostları ilə paylaş: |