Backup of Uz Qabigi


§ 4.16 Təqvim ilinin başlanğıcı və eralar



Yüklə 3,95 Mb.
səhifə56/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   ...   183
§ 4.16 Təqvim ilinin başlanğıcı və eralar
Astronomiya təqvimləri ilə əlaqədar olan çətinliklərdən biri də eranın hesablanması və təqvim ilinin başlanğıcını ha-radan götürməkdən ibarətdir. Adətən era və təqvim ilinin başlanğıcı müəyəyn həqiqi və ya əfsanəvi təbiət hadisələrin-dən götürülür. İndiyə qədər 100-dən çox era məlumdur. Bu eralardan bəzilərini sayaq:

1 .Vizantiya erası - Bu era yunanlar tərəfindən daxil edil-mişdir və b.e.ə. 1 sentyabr 5508-ci ildən hesablanır. Hazırda pravoslav kilsəsində işlədilir.

2.Skaliger erası - Bu era bizim eradan əvvəl 1 yanvar 4713-cü ildən başlayır. Bu era məşhur fransa alimi Jozef Skaliger tərəfindən daxil edilmiş və astronomik hesablamalarda işlədilir.


  1. Yəhudi erası - Bu era bizim eradan əvvəl 7 oktyabr 3761-ci ildən ("Dünyanın əmələ gəlməsi"ndən) başlanır.

  2. Tsiklik çin erası - Bu era bizim eradan əvvəl 2637-ci il-dən başlayır. Bu əfsanəvi Çin çarı Qoanq-tinin çarlığa başla-dığı ildir.

5. Budda erası - Bu era bizim eradan əvvəl 950-ci ildən
başlayır. Bu era Çində, Yaponiyada və Monqolustanda işlə-
dilir.


  1. Olimpiya erası - Bu era birinci olimpiya oyunlarının keçirildiyi ildən (bizim eradan əvvəl 1 iyul 776-cı) başlayır.

  2. Xristian erası - Bu era İsa peyğəmbərin anadan olduğu ildən başlayır.

  3. Sak erası - Hindistanda işlədilir. Bizim eranın 15 mart 78-ci ilindən hesablanır.

  4. Diokletian erası - Bu era Roma imperatoru Diokletia-nın çarlığa başlamasından( bizim eranın 29 avqust 284-cü il) hesablanır.




  1. Müsəlman erası - Məhəmməd peyğəmbərin Məkkə-dən Mədinəyə hicrət etməsindən (köhnə stillə 16 iyul 622-ci il) başlayır. İranda, Əfqanıstan və başqa islam ölkələrində işlədi-

lir.

  1. Cəlaləddin erası - Ömər Xəyyam tərəfindən daxil edil-mişdir. Cəlaləddinin şahlığa başlamasından (15 mart 1079-cu il) hesablanır.

Hazırda ən geniş yayılmış era xristian erasıdır. Əksər av-ropa ölkələrində bu era XVI - XVIII -ci əsrlərdə qəbul edil-mişdir. Sonralar bu era Yaponiyada 1873-cü ildə, Çində 1915-ci ildə, Sovet Rusiyasında 1918-ci ildə, Əfqanıstanda 1924-cü ildə, Türkiyədə 1926-cı ildə, Misirdə 1928-ci ildə və s. qəbul edilmişdir.

Bizim hazırda işlətdiyimiz era da xristian erasıdır. Bu era Diokletian erasının 241-ci ilində (b.e. -nın 525-ci ili) Roma monaxı Kiçik Dionisi tərəfindən daxil edilmişdir. Rusiyada xristian erası 1700-ci ildə qəbul edilmişdir. Birinci Pyotrun əmri ilə dünyanın əmələ gəlməsi erası ilə 7208-ci il dekabrın 31-dən sonra İsa peyğəmbərin analan olduğu ildən hesabla-nan xristian erasının 1700-cü ili sayılmışdır.

Bəs ilin başlanğıcını hansı aydan hesablamaq lazımdır. Müxtəlif təqvimlərdən istifadə edən müxtəlif xalqlar təqvim ilinin başlanğıcını, başqa sözlə yeni ili müxtəlif vaxtlarda qeyd edirlər. Bizim hazırda işlətdiyimiz təqvimdə yeni il yan
varın 1- də (qədim Romada yeni seçilmiş konsulların işə baş-ladığı gün) qeyd olunur. Demək olar ki, bütün Avropa ölkələ-ri də yeni il bayramını yanvarın 1-də qeyd edirlər.

Qeyd etmək lazımdır ki, yanvarın biri heç bir astronomik hadisəyə uyğun gəlmir. Sadəcə olaraq Diokletian erasının 241-ci ilində Dionisi uzun hesablamalar əsasında müəyyən et-mişdir ki, İsa peyğəmbər Diokletian erasından 284 il əvvəl, yəni 284+241= 525 il əvvəl yanvarın 1- də anadan olmuşdur. Həmin tarix xristian erasının başlanğıcı qəbul olunmuşdur.

Kopt təqvimində ilin başlanğıcı bizim işlətdiyimiz təqvi-min sentyabr ayının 11-12 - nə uyğun gəlir. Bu təqvimdən Hə-bəşistanda, Misirdə və Sudanda istifadə olunur.

Sak erasında və Sak təqvimində ilin başlanğıcı martın 2122- nə uyğun gəlir. Bu təqvim Hindistanda, Şri-Lankada və Nepalda istifadə olunur.

Misirdə işlədilən Diokletian erasında təqvim ilinin baş-lanğıcı sentyabrın 11-12-nə düşür.

Müsəlmanların Ay Hicri təqvimində ilin başlanğıcı Mə-hərrəm ayının 1-nə düşür. Bu təqvim ili tropik ildən 10-12 gün qısa olduğundan yeni il bizim işlətdiyimiz Günəş təqviminin müxtəlif günlərinə düşür. Məsələn, 1970-ci ildə Ay hicri təqvi-minin 1390-cı ilinin başlanğıcı martın 9-na, 1971-ci ildə fevra-lın 27-nə, 1972- ci ildə fevralın 16-na və s. düşür. Bu təqvim-dən Əlcəzairdə, İranda, Yəməndə, Livanda, Liviyada, Məra-keşdə, Misirdə, Suriyada, Səudiyyə Ərəbistanında, Somalidə və s. müsəlman ölkələrində istifadə olunur.

Məşhur şair və riyaziyatçı Ömər Xəyyamın tərtib etdiyi Günəş-Hicri təqvimində yeni il fərvərdin ayının 1-idir. Bu da bizim işlətdiyimiz Qriqori təqvimində martın 21-nə düşür. Bu təqvimdən İranda, Türkiyədə və Əfqanıstanda istifadə olu-nur.

Yaxınlara qədər Hindistanda bir çox təqvim sistemindən istifadə olunurdu. Bu çox təqvimliliyi aradan götürmək üçün 1952-ci ildə C. Nehrunun göstərişi ilə vahid milli hind təqvimi


tərtib etmək üçün məşhur fizik Mehnad Saxanın sədrliyi altın-da xüsusi komissiya təşkil edilmişdir. Komissiyanın hazırladı-ğı Günəş təqvimində yeni il (Çaytra ayının mart ayının 22-nə düşür. Bu təqvim sistemi 1957-ci ildə xüsusi dövlət qərarı ilə qəbul olunmuşdur.

Maraqlıdır ki, qədim Roma Günəş təqvimində də təqvim ili mart ayından başlayırdı. Yalnız b.e.ə. 46-cı ildə Yuli təqvi-mi tərtib olunarkən ilin başlanğıcı yanvarın 1-nə keçirilmiş-dir.

Bizim eradan 2000 il əvvəl Babilistanda tərtib olunmuş Ay təqvimində də ilin əvvəli martın 22-i ilə aprelin 22-i arası-na düşürdü.

Beləliklə görürük ki, ilin başlanğıcını martın 21-dən, yəni yaz bərabərliyi anından başlamağın tarixi çox böyükdür və onun İslam dini ilə heç bir əlaqəsi yoxdur.



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin