§ 4.11.Tarixin dəyişmə xətti
Yuxarıda dediyimiz kimi qərbdən şərqə doğru hər bir di-limdə saatlar bir saat irəlini göstərir. Ona görə Yerin fırlanma istiqamətində, yəni qərbdən şərqə doğru hərəkət edən yolçu hər yeni dilimə keçdikcə saatını 1 saat qabağa çəkməlidir. Be-ləliklə,saatda 1 dilim qət edən yolçu Yer ətrafında tam bir dövr edib əvvəlki yerinə qayıtdıqda saatını 24 saat qabağa çəkməli olur. Nəticədə onun təqvim hesabı bir gün əvvəli gös
tərir. Ona görə ki, o, Yer ətrafında əlavə bir dövr etmiş olur.
Əksinə, şərqdən qərbə doğru, Yerin fırlanmasının əksi is-tiqamətində hərəkət edən yolçu təqvimdə 1 gün itirmiş olar. Məsələn martın 1-də şərqdən qərbə doğru hərəkət edən və saatda 1 dilim qət edən yolçu əvvəlki yerinə qayıdanda görər ki, orada martın 25-i yox hələ 24-üdür.
Bu hərcmərcliyi aradan qaldırmaq üçün Qrinviç meridia-nından 180o fərqlənən meridiandan keçən xətt tarixin dəyişmə xətti qəbul olunmuşdur. Bu xətt yaşayış olmayan Antarktida istisna olmaqla heç yerdə quruya toxunmur. Hər yeni gün ilk olaraq bu xətdə başlayır, başqa sözlə, ayın tarixi birinci bu xətdə dəyişir. Bu xətti qərbdən şərqə tərəf keçən yolçu təqvim tarixinin rəqəmini bir vahid azaltmalı, şərqdən qərbə keçən isə bir vahid artırmalıdır.
Dostları ilə paylaş: |