2.Ümumdünya vaxtı
Sıfırıncı Qrinviç meridianı üçün yerli vaxt ümumdün-ya vaxtı adlanır.
Coğrafi uzunluq sıfırıncı meridiandan şərqə doğru hesab-lanır. Onda aydındır ki, Yer səthinin verilmiş nöqtəsindəki
yerli vaxt ümumdünya vaxtı ilə həmin nöqtənin saatlarla he-sablanmış coğrafi uzunluğunun cəminə bərabər olacaqdır. Əgər ümumdünya vaxtını To ilə işarə etsək, coğrafi uzunluğu
1 olan meridianda yerli orta Günəş vaxtı
Tm— To+ 1 (4.15)
olar.
-
Dilim vaxtı
Aydındır ki, Yer səthində sonsuz sayda meridian çək-mək olar və sonsuz sayda yerli vaxt olar. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün 1884-cü ildə dilim vaxtı anlayışı daxil edilmişdir. Bu məqsədlə Yer səthi hər biri 15o təşkil edən 24 dilimə ayrılır və verilmiş dilimin mərkəzi meridianının yerli vaxtı bütün dilimə şamil edilir və dilim vaxtı adlanır. Yəni vaxt hesabı yalnız bu dilimlərin mərkəzi meridianlarında aparılır.
Mərkəzi meridianı Qrinviçdən keçən dilim başlanğıc dilim qəbul edilir. Dilimlərin nömrəsi bu dilimdən şərqə tərəf hesablanır. Onda aydındır ki, hər dilim 1h təşkil etdiyindən ix-tiyari n-ci dilim üçün orta dilim vaxtı
Tn—To+nh (4.16)
olar. Burada n dilimin nömrəsidir. Azərbaycanın paytaxtı Ba-kı şəhəri üçüncü dilimdə (n—3) yerləşdiyi üçün Bakıda dilim vaxtı
Tn—To+3h (4.17)
olar.
-
Fərman vaxtı
1930-cu ildən keçmiş Sovetlər İttifaqında gündüz işığın-dan səmərəli istifadə etmək üçün saatlar dilim vaxtına nəzərən bir saat qabağa çəkilmişdir. Bu vaxta fərman vaxtı (və ya dek
ret vaxtı) deyilir. Fərman vaxtı
Tf—Tn+1h—To+(n+1)h. (4.18) Bakıda fərman vaxtı
Tf—To+(n+1)h—To+4h (4.19)
olar.
Bəzi ölkələrdə o cümlədən Azərbaycanda mart ayının axırıncı bazar gecəsindən etibarən saatlar daha bir saat qaba-ğa çəkilir. Buna yay vaxtı deyilir. Yay vaxtı
Ty—Tf + 1h — T0 +(n + 1)h+1h —To +(n+2)h. (4.20)
Yay vaxtı oktyabr ayının axırıncı bazar gecəsinə qədər davam edir. Bakıda yay vaxtı
Ty —Tf+1h — Tn +2h — To +(n+2)h —To +5h (4.21)
olar.
Dostları ilə paylaş: |