§ 4.6. Vaxt hesablama sistemləri
Aydındır ki, ixtiyari göy cismi və ya xəyali nöqtə (həqiqi Günəş, orta Günəş, yaz bərabərliyi nöqtəsi və s.) müxtəlif coğ-rafi meridianlarda müxtəlif anlarda kulminasiya edir, başqa sözlə müxtəlif anlarda göy meridianından keçir. Bu səbəbdən müxtəlif coğrafi meridianlarda gün müxtəlif anlarda başlayır və vaxt müxtəlif olur. Ona görə müxtəlif vaxt anlayışları daxil edilir.
l.Yerli vaxt
Verilmiş coğrafi meridiandakı vaxta həmin meridianın yerli vaxtı deyilir.
Verilmiş coğrafi meridianın bütün yerlərində verilmiş göy cismi (məsələn, Günəş) eyni anda kulminasiya etdiyindən, bu coğrafi meridianın hər yerində yerli vaxt eyni olacaqdır. Coğ-rafi uzunluqları 11 və 12 olan iki məntəqənin vaxtlarının fər-
qi bu coğrafi uzunluqların fərqinə bərabər olacaqdır. Məsə-lən, 11 və 12 uzunluqlu məntəqələrin ulduz, həqiqi və orta
Günəş vaxtlarının fərqi aşağıdakı kimi yazıla bilər:
Tm1 - Tm2 — I1 - I2;
(4.12) (4.12) (4.12)
Dostları ilə paylaş: |