§ 4.15. Yeni təqvim layihələri
Bir az əvvəl dediyimiz kimi təqvimin 5000 ildən çox tari-xi olmasına baxmayaraq bu günə qədər dəqiq təqvim tərtib etmək mümkün olmamışdır və gələcəkdə də mümkün olmaya-caqdır. Bu da onunla əlaqədardır ki, təqvimlərdə istifadə olu-nan əsas zaman vahidləri orta Günəş günü, sinodik Ay və tro-pik il bir-biri ilə dəqiq ifadə olunmur.
İndi istifadə etdiyimiz təqvimlərin əsas qüsuru aylardakı günlərin sayının eyni olmaması, həftənin günlərinin təqvimin eyni tarixlərinə düşməməsi, Günəş təqvimlərində təqvim ilinin uzunluğunun tropik ilin uzunluğundan fərqli olması, ay təq-vimlərində Ay təqvim ilinin Ay ilindən fərqli olmasıdır.
Yuxarıda göstərilən qüsurları qismən də olsa aradan qal-dırmaq üçün bir çox layihələr təklif olunmuşdur. Onlardan Armelinin verdiyi layihə daha maraqlıdır. Bu layihəyə görə təqvim ili 4 kvartala bölünür. Hər kvartalın 1-ci ayı 31 gün-dən, digər 2-si isə 30 gündən ibarətdir. Kvartalların hamısı eyni uzunluqlu olub 13 həftədən (91 gündən) ibarətdir. Hər kvartalın və təqvim ilinin başlanğıcı həftənin eyni gününə uy-ğun gəlir.
Beləliklə təqvim ilinin uzunluğu
Təqvim ili = 91 x 4 = 364
orta Günəş günü olur. İl isə adi illərdə 365 gündən, visokos il-lərdə isə 366 gündən ibarət olmalıdır. Ona görə adi illərdə de-kabrın 30-u ilə yanvarın 1-i arasında 1 gün hesaba alınmır və beynəlxalq yeni il bayramı hesab olunur. Visokos illərdə belə beynəlxalq istirahət günü iyun ayının 30-dan sonra da daxil olunur.
Dostları ilə paylaş: |