Backup of Uz Qabigi


§ 4.17. Tsiklik təqvimlər



Yüklə 3,95 Mb.
səhifə57/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   53   54   55   56   57   58   59   60   ...   183
§ 4.17. Tsiklik təqvimlər
Hələ yeni eradan əvvəl şərqdə tsiklik təqvimlər də tərtib olunmuşdur. Bu təqvimlər içərisində Çin tsiklik təqvimi xüsu-si yer tutur. Bu təqvimdə 60 illik dövrdə 5 göy budaqları və 12 yer budaqları vardır. Göy budaqları: ağac, od, torpaq, metal və su. Bunların hər biri tək və cüt illərə uyğun gələn iki alt budağa bölünür. Yer budaqları: siçan, inək, pələng, dovşan, əjdaha, ilan, at, qoyıııı, meymun, toyuq, it və doıııız.

Çin tsiklik təqvimi cədvəl 4.5-də verilmişdir. Cədvəldən göründüyü kimi tər bir ili bir göy və bir yer budağına uyğun gəlir. Məsələn, tsiklin 1-ci ili ağac və siçan ili; 5-ci ili torpaq və əjdaha ilidir və s.

Çox zaman illər yalnız yer budaqları ilə adlanır. Onda cədvəldən göründüyü kimi tsiklin 1, 13, 25, 37 və 49-cu illəri siçan ili; 27 və 39-cu illəri pələng ili; 52, 4, 16, 28 və 40-cı illə-ri illəri dovşan ili və s. olacaqdır.
Beləliklə 60 illik dövrdə hər bir heyvan ilə işarə olunmuş il on iki ildən bir təkrar olunur. Ona görə illəri hansı heyvana uyğun gəldiyini əvvəlcədən uzun müddətə hesablamaq olar. Əlbəttə, illərin yuxarıda qeyd olunan heyvanlarla adlandırıl-masının heç bir elmi əsası yoxdur.

Bizim eradan dövrü təqvimə keçmək üçün ili göstərilən ədədi 60-a bölmək lazımdır. Bölmədən alınan qalıqdan 3-ü çıxsaq dövrü təqvimdəki ili tapırıq. Əgər bölünmədən alınan qalıq üçdən kiçik və ya üçə bərabər olsa ona əvvəlcə 60 əlavə olunub, sonra isə ondan 3 çıxılır. Nəticədə alınan ədəd dövrü təqvimdəki ili göstərir.




Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin