§ 5.4. Atmosfer refraksiyasının təzahürləri Atmosfer refraksiyasının əsas təzahürləri aşağıdakılardır:
Üfüqdə Günəş və Ay disklərinin basıq olması.
(5.2) düsturundan göründüyü kimi atmosfer refraksiyası göy cisimlərinin zenit məsafəsindən asılı olaraq artır. Göy ci-simləri üfüqə yaxın olduqda bu asılılıq daha güclü olur. Ona görə Günəş və Ay üfüqdə olduqda (doğma və batma anların-da) onların disklərinin aşağı və yuxarı kənarları üçün refrak-siya nəzərə alınacaq qədər fərqlənir. Məsələn, Ay və Günəş disklərinin aşağı kənarı üçün refraksiya yuxarı kənarınkından təxminən 6' böyük olur. Nəticədə Ay və Günəş üfüqə çox ya-xın olduqda onların diskləri bir qədər basıq şəkildə görünür.
Gündüzün uzunluğunun artması.
Atmosfer refraksiyası göy cisimlərinin hündürlüyünü ar-tırdığından səhərlər Günəş həqiqi doğma vaxtından bir qədər tez doğur, axşamlar isə həqiqi batma vaxtından bir qədər gec batır. Bu da gündüzün uzunluğunun artmasına səbəb olur.