Backup of Uz Qabigi


§ 6.1. Planetlərin görünən hərəkəti



Yüklə 3,95 Mb.
səhifə67/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   63   64   65   66   67   68   69   70   ...   183
§ 6.1. Planetlərin görünən hərəkəti
Qədim astronomlar müşahidələrlə müəyyən etmişlər ki, bəzi "ulduzlar" digər ulduzlar fonunda yerini müntəzəm ola-raq dəyişir. Onlar əvvəlcə bir istiqamətdə, məsələn, qərbdən şərqə tərəf (düz hərəkət) hərəkət edir, bir neçə gün sanki "da-yanır", sonra əks istiqamətdə, yəni şərqdən qərbə tərəf (tərs hərəkət) hərəkət edir, bir müddətdən sonra yenə "dayanır" və nəhayət istiqamətini dəyişərək əvvəlki istiqamətdə hərəkət edir və ulduzlar arasında ilgək cızırlar. Bu ulduzlara "planet", yəni gəzən ulduzlar və ya sadəcə gəzəyənlər adı verildi.

Sonralar aydın olmuşdur ki, planetlər ulduz deyilmiş, onlar ulduzlar kimi işıq saçmır (şüalandırmır), sadəcə olaraq Günəş şüalarını əks edir və ona görə də ulduzlar kimi parlaq görünürlər. İndi biz biliriik ki, planetlər özləri şüalandırma-yan və Günəş ətrafında dolanan göy cisimləridir. Bizim yaşa-dığımız Yer də onlardan biridir.

Planetlər iki qrupa ayrılır:


  1. Aşağı planetlər - həmişə göydə Günəşin yaxın ətrafın-da, ya Günəş olan ulduz bürcündə ya da ona qonşu bürcdə olurlar.

  2. Yuxarı planetlər - Göydə Günəşdən istənilən bucaq məsafəsində, hətta Günəşdən əks tərəfdə ola bilirlər.



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin