§ 6.4. Planetlərin konfiqurasiyaları
Kopernikin heliosentrik sistemi aşağı və yuxarı planetlə-rin Günəşə nəzərən müxtəlif vəziyyətlərini izah etməyə imkan verir.
Planetlərin Günəşə və Yerə nəzərən səciyyəvi vəziy-yətləri onların konfiqurasiyaları adlanır.
Şəkil 6.5-də aşağı və yuxarı planetlərin konfiqurasiyaları göstərilmişdir. Şəkildə T -Yer, V -Venera (aşağı planet), М -Mars (yuxarı planet) və G -Günəşdir. Göründüyü kimi Yerdən baxdıqda Günəş ətrafında dairə boyünca hərəkət edən aşağı planet həmişə Günəşin yaxınlığında olur. Xarici planet isə Günəşdən istənilən bucaq məsafəsində ola bilər.
Aşağı planetin Günəşə və Yerə nəzərən səciyyəvi vəziy-yətləri:
Dostları ilə paylaş: |