§ 6.3. Dünyanın heliosentrik sistemi
Dünyanın heliosentrik sistemini polyak alimi Nikolay Kopernik riyazi hesablamış və 1543-cü ildə "Göy sferlərinin fırlanması" kitabında şərh etmişdir. Bu sistemin əsas müddəa-ları aşağıdakılardır:
Şəkil 6.4. Dünyanın heliosentrik sistemi
Dünyanın mərkəzində Yer yox Günəş durur.
-
Bütün planetlər, o cümlədən də Yer, Günəş ətrafın-da çevrələr boyunca sabit sürətlərlə dövr edirlər.
-
Günəşin zodiak üzrə illik hərəkəti zahiri hərəkət olub Yerin Günəş ətrafında illik dolanmasının təzahü-rüdür.
-
Ay Yer ətrafında çevrə boyunca sabit sürətlə dola-nır və Yerlə birlikdə Günəş ətrafında dolanır.
-
Planetlərin görünən ilgəkvari hərəkətləri Yerin və planetlərin Günəş ətrafında çevrələr boyunca sabit sü-rətlə həqiqi hərə-kətlərinin kombi-nasiyasıdır.
-
Göy cisimlərinin günlük fırlanması Yerin öz oxu ət-rafında fırlanması-nın təzahürüdür.
Kopernikə görə də ulduzlar tərpənməzdir və büllur sferin səthin-də yerləşmişlər. Astro-nomik müşahidələrə əsaslanaraq Kopernik göstərdi ki, bütün
planetlər, o cümlədən də Yer, Günəş ətrafında təxminən eyni müstəvidə dolanırlar.
Kopernik ilk dəfə olaraq Günəş sisteminin düzgün planı-nı verdi. О, planetlərin Günəşdən olan nisbi məsafələrini və dolanma dövrlərini hesabladı. Dünyanın heliosentrik sistemi şəkil 6.4-də verilmişdir.
Kopernikin heliosentrik sistemi astronomiyada inqilab oldu. Tezliklə bu sistemin Cordano Bruno, Tixo Brahe, İohan Kepler, Qalileo Qaliley kimi tərafdarları meydana gəldi. Bir çox astronomik hadisələr öz doğru izahını tapdı. Lakin helio-sentrik sistem Yeri müqəddəs sayan xristian dininə zidd idi. Ona görə bu sistemin tərəfdarları təqib olunurdu. 1600-cü il-də Cordano Bruno Romada diri-diri yandırıldı, digər alimlər, o cümlədən, Qaliley dini məhkəməyə cəlb olundular. Lakin həqiqətin qarşısını kəsmək mümkün olmadı. Heliosentrik sis-tem Avropada, sonra da bütün dünyada qəbul olundu.
Dostları ilə paylaş: |