Backup of Uz Qabigi


§ 5.8. Älaqaranlıq və bəyaz gecələr



Yüklə 3,95 Mb.
səhifə65/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   61   62   63   64   65   66   67   68   ...   183
§ 5.8. Älaqaranlıq və bəyaz gecələr
Günəş batan kimi tam qaranlıq düşmür, hava tədricən qaralır və yalnız müəyyən vaxtdan sonra tam qaranlıq olur və gecə başlayır. Eləcə də səhər Günəş doğmazdan əvvəl hava tədricən işıqlanmağa başlayır.

Axşamlar Günəş batdıqdan sonra gündüz işığının tədri-cən zəifləməsi axşam alaqaranlığı və səhərlər Günəş doğmaz-dan əvvəl gecə qaranlığının tədricən zəifləməsi səhər alaqaran-lığı adlanır. Buna səbəb Günəş şüalarının üfüqdən yuxarıda atmosfer qatlarına düşərək onu işıqlandırmasıdır.

Alaqaranlıq mülki və astronomik olmaqla iki növ olur. Mülki səhər alaqaranlığı Günəş diski mərkəzinin hündürlüyü h0=-6o - dən (z0= 96o), h0= 0o -yə (z0= 90o) qədər davam edir.

Mülki axşam alaqaranlığı Günəş diski mərkəzinin hün-dürlüyü h0=0o - dən (z0= 90o), h0=-6o -yə (z0= 96o) qədər da-

vam edir.

Astronomik alaqaranlıq daha uzun müddət davam edir. Astronomik səhər alaqaranlığı Günəş diski mərkəzinin hün-dürlüyü h0=-18o - dən (z0= 108o) h0= 0o - yə (z0= 90o) qədər

davam edir.

Astronomik axşam alaqaranlığı Günəş diski mərkəzinin hündürlüyü h0=0o - dan (z0= 90o) h0=-18o -yə (z0= 108o) qə-

dər davam edir.




və ya zenit məsafəsindən hündürlüyə keçsək:

Alaqaranlığın davametmə müddəti (5.15)-dən təyin oluna bilər. Doğrudan da (5.15)-i Günəş üçün yazsaq və alaqa-ranlığın davametmə müddətini At ilə göstərsək yaza bilərik:

/ А \ sın/L -sin©sinSc, ,e _

cos(/@ + A/)= ^ T- 2-. (5.24)

COS Ç COS S@

Burada t0 doğma və batma anlarında Günəşin saat buca-

ğı,
məhəllin coğrafi enliyi, 50 - Günəşin meyli və h0 - mül-

ki səhər alaqaranlığının başlanğıc və axşam alaqaranlığının son anlarında Günəşin hündürlüyüdür.

Aydındır ki, (5.24)-ün həllindən (t0+At) təyin edilə bilər. Onda Günəşin saat bucağını (5.19)-dan təyin edərək alaqa-ranlığın (səhər və axşam) davametmə müddətini təyin etmək olar. (5.24)-dən göründüyü kimi alaqaranlığın davametmə müddəti məhəllin coğrafi enliyindən və Günəşin meylindən asılıdır.

Aydındır ki, axşam mülki alaqaranlığın sonu səhər alaqa-ranlığının başlanğıcı ilə üst-üstə düşərsə alaqaranlıq bütün ge-cə davam edər, tam qaranlıq baş verməz və bəyaz gecələr mü-şahidə olunar. Bəyaz gecələrin baş verməsi məhəllin coğrafi enliyindən və Günəşin meylindən asılıdır.

Bəyaz gecələrin baş verməsi üçün aşağı kulminasiyada (gecəyarısı) Günəşin hündürlüyü

h0=-6o

olmalıdır. Bu şərtə görə (2.21)-dən alarıq ki, bəyaz gecələrin baş verməsi üçün məhəllin coğrafi enliyi


90o - d0 - 6o = 84o-Ö0 (5.25)

şərtini ödəməlidir. Günəşin meylinin maksimal qiyməti (yay günəşduruşu günü)

00 »23o26'22"

olduğundan (5.25) şərtini


> 60o33'38"

kimi yaza bilərik.

Bakı üçün
o23' olduğundan bəyaz gecələr müşahidə oluna bilməz.


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin