Backup of Uz Qabigi


Aşağı planetlərin Günəşdən qərbə doğru maksimal bucaq uzaqlaşmasına qərb elonqasiyası, şərqə tərəf maksimal bucaq uzaqlaşmasına isə şərq elonqasiyası deyilir



Yüklə 3,95 Mb.
səhifə68/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   64   65   66   67   68   69   70   71   ...   183
Aşağı planetlərin Günəşdən qərbə doğru maksimal bucaq uzaqlaşmasına qərb elonqasiyası, şərqə tərəf maksimal bucaq uzaqlaşmasına isə şərq elonqasiyası deyilir.

Merkuri üçün elonqasiya 18o - 28o, Venera üçün isə 45o -48o təşkil edir.

Şərq elonqasiyasında planet qərbdə axşam Günəş batan
kimi, qərb elonqasiyasında isə şərqdə Günəş doğmazdan əv-vəl müşahidə olunurlar. Elonqasiya anlarından sonra aşağı planetlərin Günəşqdən olan bucaq məsafələri yavaş-yavaş azalır və nəhayət onlar Günəş şüalarında itərək görünmürlər.

Şəkil 6.1- də Marsın 1979- 80- cı illərdə cızdığı ilgəkvari hərəkət yolu göstərilmişdir.





5

+25"

























17.1 d^T^




L1980^




VII.1980



J I I I I I I I I I I L_

I I I I I I

12" 40"

I I I


I I I

2tT 1Г 40м 20" 10" 40" 20" Şəhil 6.1. Planetlərin görünən hərəhəti

5

-+25" -+20" -+15°



-+10"

- +5"
- +0"

+0"


v а


§ 6.2. Dünyanın geosentrik sistemi
Dünyanın geosentrik sistemi riyazi təlim şəklində bizim eranın 140-cı ilində Yunanıstanda İsgəndəriyyə alimi Klavdi Ptolemeyin "Meqale sintaksis" (Böyük düzülüş) əsərində veril-mişdir. Ərəb mənbələrində bu əsərin adı "Almagest" və ya "Əl-məcəsti" kimi getmişdir. Fəxrlə qeyd edək ki, bu əsərin geniş şərhi ХШ əsrin əvvəllərində ərəb dilində dahi Azərbay-can astronomu Nəsirəddin Tusinin "Təhriril Əl-məcəsti" kita-bında verilmişdir.

Ptolemeyin geosentrik sisteminin əsas müddəaları aşağı-dakılardır:




  1. Yer tərpənməz olub, dünyanın mərkəzində durur.

  2. Bütün planetlər episikl adlanan kiçik dairələr boyunca sabit sürətlərlə episiklin mərkəzi ətrafında do-lanırlar. Episikllərin mərkəzləri isə deferent adlanan böyük dairələr boyunca Yer ətrafında sabit sürətlərlə dolanırlar.

  3. Ay və Günəş episiklə malik olmayıb birbaşa deferent boyunca Yer ətrafında sabit sürətlə dolanırlar.

  4. Günəş və Ayın deferentləri, bütün planetlərin episikl və deferentləri səthində tərpənməz ulduzlar yerlə-şən bir sferin daxilində yerləşirlər.

Şəkil 6.2 - də episikl və pcpianetj




deferent, şəkil 6.3-də isə Ptolemeyin geosentrik sistemi verilmişdir.

Ptolemeyin geosentrik sistemində planetlər, Ay və Günəş Yerdən uzaqlıqları-na görə aşağıdakı ardıcıl-lıqla düzülmüşlər: Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter və Saturn. Qeyd edək ki, Ptolemeyin




vaxtında yalnız 5 planet $эки 6.2. EPisikl вя дФрепТ məlum idi.

Ptolemeyə görə göy cisimlərinin günlük hərəkəti bütöv-lükdə dünyanın tərpənməz Yer ətrafında fırlanması ilə əlaqə-dardır.

Ptolemey sisteminə görə planetlərin ilgəkvari hərəkətini keyfiyyətcə izah etmək olur. Şəkil 6.2 - də planet A vəziyyətin-də olduqda onun Yerə nəzərən hərəkətinin bucaq sürəti pla-netin episikl üzrə hərəkət sürəti ilə episikl mərkəzinin deferent




üzrə hərəkət sürətinin cəmin-dən ibarət olur. Bu zaman planet düz hərəkətdə olar və onun sürəti ən böyük olar. Planet B vəziyyətində olduq-da planetin episikl üzrə hərə-kəti episikl mərkəzinin Yer ətrafında hərəkətinin əksinə yönəlir və Yerdən baxdıqda planetin bucaq sürəti ən kiçik olir. Əgər planetin episikl üz-rə hərəkət sürəti episiklin mərkəzinin deferent üzrə hə-

Şəkil 6.3. Dünyamn geosentrik sistemi rəkət sürətİndən kİçİk OİSU

planetin hərəkəti düz hərəkət, əgər planetin episikl üzrə hərə-kət sürəti episiklin mərkəzinin deferent üzrə hərəkət sürətin-dən böyük olsa, planetin hərəkəti tərs hərəkət olar.

Ptolemey planetlərin episikl və deferentlərinin radiusları-nı, onların episikl və deferent üzrə hərəkət sürətlərini, Ay və Günəşin deferentlərinin radiuslarını və deferent üzrə hərəkət sürətlərini elə seçmişdir ki, onların göydə vəziyyətinə uyğun gəlsin. Bu təlim kökündən yanlış olmasına baxmayaraq pla-netlərin göydə vəziyyətini əvvəlcədən təyin etməyə imkan ve-rirdi.

Sonrakı əsrlərdə müşahidələrin dəqiqliyi artdıqca Ptole-mey sistemi ilə müşahidələr arasındakı fərqlər aşkar olurdu. Bunu aradan götürmək üçün bir planetə iki və daha çox epi-sikl daxil edilirdi. Bu da sistemi çox mürəkkəb hala salırdı. Artıq XV əsrin axırlarında Ptolemey sistemi tələblərə cavab verə bilmirdi.



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin