Backup of Uz Qabigi



Yüklə 3,95 Mb.
səhifə54/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   50   51   52   53   54   55   56   57   ...   183
§ 4.13 Günəş təqvimləri
1.Yuli təqvimi

Qədim Romada təqvim ilinin uzunluğu 366.25 gün təşkil edirdi, yəni tropik ildən bir gün artıq idi. Bu da təqvimdə ni-zamsızlığa və dini bayramların təyinində çətinliyə səbəb olur-du. Bu nizamsızlığı aradan götürmək üçün bizim eradan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezarın təklifi və göstərişi ilə Misir astronomu Sozigen yeni təqvim layihəsi vermişdir. Bu layihəyə görə 4 illik dövrdə 3 adi və 1 visokos (uzun) il vardır. Təqvim ilinin uzunluğu 3 il dalbadal 365 gündən, dördüncü il isə 366 gündən ibarətdir. Beləliklə, təqvim ilinin orta uzunlu-gu

365-3 + 366 =36525 4

orta Günəş gününə bərabərdir.




Aylann

Aylann adı

Aydakı günlərin

sıra nörəsi




sayı

1

Yanvar

31

2

Fevral

29 (30)

3

Mart

31

4

Aprel

30

5

May

31

6

Iyun

30

7

Iyul (kvintilis)

31

8

Avqust (sekstilis)

30

9

Sentyabr

30

10

Oktyabr

31

11

Noyabr

30

12

Dekabr

31


Cadval 4.1.

Yuli təqvimi

Yuli təqvimində təqvim ili ilə tropik ilin fərqi

A=təqvim ili-tropik il=365.2500-365.24220= =0.0078 orta Günəş günü=11m14s.
Bu fərq 128 ildə bir günə, 400 ildə isə 3 günə çatır. Təq-vim layihəsi Yuli Sezarın fərmanı ilə təsdiq olunduğundan Yuli təqvimi adlanır. Yuli təqvimi cədvəl 4.1-də verilmişdir.
2. Qriqori təqvimi

XVI əsrdə Yuli təqvim ili ilə tropik il arasındakı fərq on günə çatmışdır. Həmin əsrin axırlarında yaz bərabərliyi mar-tın 21-nə yox, 11-nə düşürdü. Bu nöqsanı aradan götürmək və yaz bərabərliyini öz yerinə qaytarmaq üçün 1582-ci ildə Roma papası XIII Qriqori xüsusi komissiya təşkil etdi. Komissiya fransız riyaziyyatçısı və həkimi Lullinin layihəsini bəyəndi. Bu layihə əsasında XIII Qriqori xüsusi əmr verdi. Bu əmrdə deyi-lirdi:

1. 1582-ci il martın 4-dən sonra 5-i yox martın 15-i hesab
əlunsun.

2. Gə lə сэк də də yaz Ьэга bərliyini öz yerin də sax lamaq üçün hər 400 ildən bir təqvim ilində yığılan 3 gün fərqi təqvim-dən atılsın. Bu məqsədlə yalnız о əsri illər visokos hesab edil-sin ki, onların yüzilliklərinin sayı 4-ə bölünsün.

Qriqori təqvimində 400 illik dövrdə 303 adi və 97 uzun il vardır. Ona görə təqvim ilinin orta uzunluğu

365-303 + 366-97

= 365.2425

400


orta Günəş günü olur.

Buradan alarıq ki, tropik illə təqvim ilinin fərqi


A = təqvim ili - tropik il=0.0003 orta Günəş günü.

Bu fərq yalnız 3280 ildə bir günə çatır. Beləliklə Qriqori təqvimi kifayət qədər dəqiqdir.

Qriqori təqvimində era tsa peyğəmbərin anadan olduğu ildən hesablanır. Bu tarixə Miladi tarix deyilir.

Qriqori təqvimində il 12 aya bölünür. Təqvim ilindəki günlərin aylara görə paylanması cədvəl 4.2-də verilmişdir. Adi illərdə fevral 28, uzun illərdə isə 29 gündən ibarətdir.



Aylarm adı

Yanvar

Fevral

Mart

Aprel

May

tyun




Avqust

Sentyabr

Oktyabr

Noyabr

Dekabr

Aylann nömrəsi







П1

IV




VI

VII

VIII

IX




XI

XII

Aydakı günbrin sayı

31

28/29

31

30

31

30

31

31

30

31

30

31

İlin

Sadəil

31

59

90

120

151

181

212

243

273

304

334

365

günlərinin








































sayı

Uzımil

31

60

91

121

152

182

213

244

274

305

335

366


Qriqori təqvimi

Cədvəl 4.2
3. Hicri - Şəmsi (Hicri - Günəş) təqvimi

Bu təqvim də Günəş təqvimidir, məşhur şair və riyaziy -yatçı Ömər Xəyyam tərəfindən tərtib olunmuşdur. Təqvim ili 12 aydan ibarətdir. Təqvimdə 33 illik dövrdə 25 sadə və 8 uzun il vardır. Bu dövrdə 7 dəfə uzun il üç ildən bir, 8-ci uzun il isə dörd ildən sonra daxil edilir. Ona görə təqvim ilinin orta uzunluğu



365-25 + 366-8 33

orta Günəş günü olur.

Bu tropik ildən cəmi 0.00022 gün uzundur. Bu fərq yalnız 4500 ildə bir günə çatır. Beləliklə Hicri - Günəş təqvimi Qri-qori təqvimindən də dəqiqdir.

Hicri - Şəmsi təqvimində era Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü gündən (bizim eranın 622-ci ilinin iyul ayının 16-dan) hesablanır. Bu təqvimlə ilin başlanğıcı və ya yeni il fərvərdin ayının 1-dir. Bu da Qriqori təqvimi ilə mart ayının 21-nə (gecə - gündüz bərabərləşdiyi günə) düşür.



Ayların adı

Fərvərdin

Ordibehişt

Hordad

H

Mordad

Şəhrivər

Mehr

Aban

Azər

Dey

Bəhmən

Isfənd

Aylann nömrəsi







III

IV




VI

VII

VIII

IX




XI

XII

Aydakı günlərin sayı

31

31

31

31

31

31

30

30

30

30

30

29/30

İlin günbrinin sayı

Sadəil

U/.un il

31

62 62

93 93

124 124

155 155

186 186

216 216

246 246

276 276

306 306

336 336

365 366


Cədvəl 4.3

Hicri - Şəmsi (Hicri - Günəş) təqvimi

Təqvim ilindəki günlərin aylara görə bölünməsi Cədvəl 4.3-də verilmişdir. Sadə illərdə tsfənd ayı 29 gündən, uzun il-lərdə isə 30 gündən ibarətdir.


§ 4.14. Ау təqvimləri
1. Ərəb Ау (Hicri - Qəməri ) təqvimi

Bu, Ay təqvimidir. Təqvimdə əsas vaxt vahidi olaraq Ayın iki ardıcıl eyni adlı fazası arasındakı vaxt müddəti götü-rülür. Bu vaxt vahidi sinodik ау adlanır. Sinodik ayın uzunlu-ğu 29.53059 gündür. Onda Ay astronomik ilinin uzunluğu 29.53059-12=354.36706 orta Günəş günü olar. Ay təqvim ilin-də də aylar tam günlərdən ibarət olmalıdır. Ona görə ilin 6 ayı 30 gün, 6 ayı isə 29 gün götürülür. Onda Ay təqvim ilinin uzunluğu


29-6 +30-6=354
orta Günəş günü olacaqdır. Buradan Ay təqvim ili ilə Ay ast-ronomik ilinin fərqi 0.36703 orta Günəş günü olar. Bu fərqi aradan götürmək üçün təqvimə uzun il daxil edilir.

Ərəb Ay təqvimində 30 illik dövrdə 19 adi və 11 uzun il vardır. Onda Ay təqvim ilinin orta uzunluğu


354-19+35H1 =354.36667 30

orta Günəş günü olar. Buradan taparıq ki, Ay astronomik ili ilə Ay təqvim ilinin fərqi 0.00039 orta Günəş günüdür. Bu fərq 2564 ildə bir günə çatır.

Ərəb Ay təqvimində də era Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü gündən hesablanır. Bu təqvim-də ilin başlanğıcı və ya yeni il məhərrəm ayının 1-dir. Bu da həmişə təzə Ay fazasına (ayın təzələnməsinə) uyğun gəlir.

Ay təqvimində aylarla fəsillər arasında əlaqə yoxdur. Ey-ni ay müxtəlif illərdə müxtəlif fəsillərə düşür. Bu da onunla əlaqədardır ki, Ay təqvimində ilin uzunluğu Günəş təqvimin


də kin dən bəzən 10 gün, bəzən 11 gün, bəzən də 12 gün qı sa -dir.

Ау təqvimində ilin uzun il olduğunu təyin etmək üçün, ili göstərən ədədi 30-a bölmək lazımdır. Əgər qalıq 2, 5, 7, 10, 13, 16, 18, 21, 24, 26 və 29 ədədlərindən birinə bərabər olarsa on-da təqvim ili uzun il hesab olunur.

Ау təqvimində günlərin aylara bölünməsi cədvəl 4.4-də verilmişdir. Sadə illərdə Zülhiccə ayı 29 gündən, uzun illərdə isə 30 gündən ibarətdir.

2. Turk Ау təqvimi

Türk ay təqvimi 8 illik dövrə əsaslanmışdır. Bu dövrdə 5 adi, 3 visokos il vardır. Viskos illərin daxil edilməsi elə seçilir ki, təqvim ilinin axırında Ay astronomik ili ilə Ау təqvim ilinin fərqi yarım gündən artıq olmasın. Bu o vaxt ödənilir ki, 8 illik dövrün 2-ci, 5-ci və 8-ci illəri viskos olsun.

Türk ay təqvim ilinin 8 illik dövrdəki orta uzunluğu

354-5 + 355.3 8



Ayların adı

Məhərrəm

Səfər

Rəbbi I

Rəbbi II

Cümada I

Cümada II

Rəcəb

Şaban

Ramazan

Şavval

Zülqədə

Züllıiccə

Aylanıı nömrəsi







III

IV




VI

VII

VIII

IX




XI

XII

Aydakı günlərin sayı

30

29

30

29

30

29

30

29

30

29

30

29/30

Ilin

Sadə ü

Uzun ü

30

59

89

118

148

177

207

236

266

295

325

354

günbrinin sayı

30

59

89

118

148

177

207

236

266

295

325

355


Cədvəl 4.4

Ərəb Ау (Hicri - Qəməri) təqvim

orta Günəş gününə bərabərdir. Onda tapırıq ki, Ay təqvim ilinin orta uzunluğu ilə Ay astronomik ilin uzunluğunun fərqi A = 354, 37500 - 354,36706 = 0,00794 gün


olar. Bu fərq 126 ildə 1 günə çatır.

Maraqlıdır ki, türk dövründə Ay təqvim ilindəki günlərin sayı həftədəki günlərin sayına qalıqsız bölünür:

354-5 + 355-3

.

7



Bu elə daimi təqvim düzəltməyə imkan verir ki, hər 8 illik dövrdə ayın tarixi ilə həftənin günləri arasında uyğunluq alın-sın. Məsələn, hər ayın başlanğıcı həftənin eyni gününə uyğun gəlsin.


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin