§ 4.9. Efemerid vaxtı
Yuxarıda dediyimiz kimi Yerin fırlanmasının qeyri-bəra-bərliyi ilə əlaqədar olaraq astronomik müşahidələrdən təyin olunan vaxt bərabər axan vaxt deyil. Bu vaxta həqiqi vaxt və ya ümumdünya vaxtı deyilir. Ayın, Merkuri və Veneranın hərə-kətlərinə əsaslanan vaxt bərabərsürətlə axan vaxtdır. Bu vaxta Nyuton vaxtı və ya efemerid vaxtı deyilir.
§ 4.10. Yuli günləri
Visokos sistemini nəzərə almaqla eyni vaxt sistemində sonra baş vermiş hadisə tarixindən əvvəlki hadisənin baş ver-mə tarixini çıxmaqla bu hadisələr arasnıda keçən vaxtı hesab
lamaq olar. Lakin uzun vaxt fasilələrini hesabladıqda bu bəzi çətinliklərə gətirə bilər. Ona görə XI əsrdə Skaligerin təklifi ilə bizim eradan əvvəl 4713-cü ilin yanvarın 1- dən günlərin ardı-cıl hesabı aparılır. Skaliger atasının şərəfinə bu günləri Yuli günləri adlandırmışdır. Yuli günlərinin başlanğıcı Qrinviç me-ridianının günortası qəbul olunmuşdur.
Skaliger Yuli günlərinin hesablanma başlanğıcını üç kiçik dövrün hasilindən alınan 7980 illik böyük dövrün başlanğıcı kimi seçmişdir. Bu dövrlər aşağıdakılardır:
-
28 illik dövr (28 illik dövrlə yeddi günlük həftənin gün-ləri təqvim ilinin eyni gününə düşür);
-
19 illik dövr (Meton dövrü, hər 19 ildən bir Ayın faza-ları təqvim ilinin eyni gününə düşür);
-
15 illik dövr (Qədim Romada vergi sistemində istifa-də olunurdu);
Doğrudan da
28 -19 -15 — 7980
olar.
Skaliger hesablamışdır ki, bu dövrlərin başlanğıcı yeni eradan əvvəl 4713-cü il yanvarın 1-nə uyğun gəlir.
Dostları ilə paylaş: |