§ 4.3. Həqiqi Günəş vaxtı
Eyni coğrafi meridianda Günəş diski mərkəzinin iki ardıcıl eyni adlı kulminasiyası (yuxarı və ya aşağı) arasında keçən zaman fasiləsi həqiqi Günəş günü ad-lanır.
Həqiqi Günəş günü, Günəş diski mərkəzinin aşağı kulmi-nasiyasından hesablanır.
Həqiqi Günəş diski mərkəzinin aşağı kulminasiyasın-dan verilmiş ana qədər keçən vaxta həqiqi Günəş vax-tı deyilir.
Aydındır ki, həqiqi Günəş vaxtı Günəş diski mərkəzinin saat bucağının 12 saat artırılmış qiymətinə bərabər olacaqdır. Həqiqi Günəş vaxtını T© və həqiqi Günəşin saat bucağını t®
ilə işarə etsək yaza bilərik ki,
T0 = t0 +12h.
(4.5)
Günəş yuxarı kulminasiyada olduqda (günorta) onun sa-
Т0 = 12h
olar. Eləcə də Günəş aşağı kulminasiyada olduqda (gecəyarı) onun saat bucağı
t0 =12h
olduğundan gecəyarısı həqiqi Günəş vaxtı
T0 = 24h
olar. Günəş günü ulduz günündən 3 dəqiqə 56 saniyə böyük-dür. Bu da onunla əlaqədardır ki, Günəşin illik hərəkəti onun günlük hərəkətinin əksinə yönəlmişdir və Günəş gündə illik yolunun təxminən 1/365-i qədər yerini dəyişir.
Ulduz günündən fərqli olaraq həqiqi Günəş günü sabit qalmayıb il ərzində dəyişir. Dekabrın 22-də həqiqi günəş günü ən uzun, sentyabrın 23-də isə ən qısa olur. Bu zaman ən uzun və ən qısa həqiqi günəş günlərinin fərqi 50- 51 saniyəyə çatır.
Həqiqi Günəş gününün belə dəyişməsinin iki səbəbi var-
dır:
1. Günəşin illik hərəkəti ekliptika üzrə baş verir, onun
vaxtı təyin edən saat bucağı isə ekliptika ilə 23°26'22"-lik bu-
caq əmələ gətirən göy ekvatoru boyunca ölçülür.
2. Günəşin ekliptika üzrə hərəkəti bərabərsürətli deyil.
Beləliklə, həqiqi Günəş günü və onunla bağlı olan həqiqi
Günəş vaxtı bərabər sürətlə axmır. Ona görə orta Günəş və onunla təyin olunan orta Günəş vaxtı anlayışları daxil edilir.
Dostları ilə paylaş: |