Şəkil 7.5. Fəsilforin этэЛэ gəlməsi
şüalarının səthin normalı ilə əmələ gətirdiyi bucaqdır.
Şəkil 7.6-da yay günəşduruşu (22.VI), qış günəşduruşu (22.XII) və yaz və payız bərabərliyi (21.III və 22.IX) günlərin-də Yer səthindəki ixtiyari j enlikli nöqtədə Günəşin işıq şüa-larının düşmə bucaqları i göstərilmişdir.
Göründüyü kimi yay günəşduruşu günü
i = z0= j - e, (7.11)
olduğundan
Ф = Oocosj - e), (7.12) qış günəşduruşu günü isə
i = z0= j + e (7.13)
olduğundan
Ф = Ф,^^ + e), (7.14)
olar.
Nəhayət yaz və payız bərabərliyi günlərində
(7.15)
olduğundan
Ф=Фocosф
(7.16)
olar. (7.11) - (7.16) düsturlarında ф-müşahidə yerinin coğrafi enliyi, z 0-Günəşin günorta zenit məsafəsi və e -ekliptikanın
meylidir. Bu ifadələrdən göründüyü kimi, Yer səthindəki ve-rilmiş səth elementi vahid zamanda yayda qışdakından xeyli çox Günəş enerjisi alır.
Məlum olduğu kimi, Yerin Günəş ətrafında dolanma or-biti ellipsdir. Ona görə perihelidə (3 yanvar) Yer Günəşə afe-lidəkindən (4 iyul) təxminən 5 milyon km yaxın olur. Eyni za-manda məlumdur ki, səthin işıqlanması məsafənin kvadratı ilə tərs mütənasibdir. Ona görə ilk baxışda elə gəlir ki, Yer Günəşə yaxın olduqda o Günəşdən daha çox enerji alar və yay olar. Lakin Yerdə fəsillərin əmələ gəlməsində əsas rolu Yer oxunun orbit müstəvisinə meyli oynayır. Qış və yayda Yerin Günəşdən olan məsafəsinin fərqi isə onda özünü göstərir ki, Yerin şimal yarımkürəsində (Yer Günəşdən ən uzaqda ol-duqda) yay cənub yarımkürəsinə nisbətən bir qədər sərin (təx-minən 7%), qış isə (Yer Günəşə ən yaxın olduqda) Yerin şimal yarımkürəsindəkinə nisbətən bir qədər mülayim olur.
Dostları ilə paylaş: |