I I I I I I I I I I I I I I I I I I I
Şəkü 7.7. Yerin simııl qütbünün hərəkəti
saxlayır. Ona görə hesab edilir ki, Yer öz oxuna nəzərən sürü-şür. Bu sürüşmə Yerin fırlanma oxuna təsir edə bilmir, ona görə müxtəlif anlarda Yerin qütblərinə Yer səthinin müxtəlif nöqtələri uyğun gəlir. Nəticədə Yerin şimal qütbü tərəfləri təxminən 30 m olan kvadratın daxilində gəzir və mürəkkəb əyri cızır. Əgər Yerin şimal qütbünə kənardan baxsaq şimal qütbünün hərəkəti saat əqrəbinin əksi istiqamətində baş verir.
Şəkil 7.7-də Yerin şimal qütbünün hərəkəti göstərilmiş-dir. Yerin qütblərinin hərəkətində iki dövr aşkar edilmişdir:
-
12 aylıq dövr hava və qar halında suyun Yer kürəsinin şimal yarımkürəsindən cənub yarımkürəsinə və əksinə köçü-rülməsilə əlaqədar olan mövsüm dəyişiklikləri ilə əlaqədardır.
-
14 aylıq Çandler dövrü Yerin təbii rəqsləri və ya defor-masiyaları ilə əlaqədardır. Eyler nəzəri olaraq hesablamışdır ki, Yer mütləq bərk cisim olsaydı bu dövr 10 ay olardı.
Hazırda Yerin qütblərinin hərəkətini öyrənən beynəlxalq
komissiya fəaliyyət göstərir. Bu komissiya bir çox ölkələrdə yaradılmış xidmət məntəqələrində Yerin qütblərinin hərəkəti-ni və Yerin öz oxu ətrafında fırlanmasının qeyri-bərabərliyini öyrənir.
Dostları ilə paylaş: |