Backup of Uz Qabigi


§7.6. Yerin qütblərinin hərəkəti



Yüklə 3,95 Mb.
səhifə85/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   81   82   83   84   85   86   87   88   ...   183
§7.6. Yerin qütblərinin hərəkəti
XIX əsrin axırlarında çoxsaylı ölçmələr göstərmişdir ki, Yer səthində götürülmüş məntəqələrin cografi enliyi orta qiy-məti ətrafında dövri olaraq dəyişir. Bu dəyişmə 0".3-ə qədər ola bilər. Özü də cografi enlik bir meridianda artırsa ona əks tərəfdə olan meridianda azalır və əksinə.

Məlumdur ki, Yerin fırlanma oxu fəzada öz vəziyyətini




I I I I I I I I I I I I I I I I I I I

Şəkü 7.7. Yerin simııl qütbünün hərəkəti

saxlayır. Ona görə hesab edilir ki, Yer öz oxuna nəzərən sürü-şür. Bu sürüşmə Yerin fırlanma oxuna təsir edə bilmir, ona görə müxtəlif anlarda Yerin qütblərinə Yer səthinin müxtəlif nöqtələri uyğun gəlir. Nəticədə Yerin şimal qütbü tərəfləri təxminən 30 m olan kvadratın daxilində gəzir və mürəkkəb əyri cızır. Əgər Yerin şimal qütbünə kənardan baxsaq şimal qütbünün hərəkəti saat əqrəbinin əksi istiqamətində baş verir.

Şəkil 7.7-də Yerin şimal qütbünün hərəkəti göstərilmiş-dir. Yerin qütblərinin hərəkətində iki dövr aşkar edilmişdir:


  1. 12 aylıq dövr hava və qar halında suyun Yer kürəsinin şimal yarımkürəsindən cənub yarımkürəsinə və əksinə köçü-rülməsilə əlaqədar olan mövsüm dəyişiklikləri ilə əlaqədardır.

  2. 14 aylıq Çandler dövrü Yerin təbii rəqsləri və ya defor-masiyaları ilə əlaqədardır. Eyler nəzəri olaraq hesablamışdır ki, Yer mütləq bərk cisim olsaydı bu dövr 10 ay olardı.

Hazırda Yerin qütblərinin hərəkətini öyrənən beynəlxalq
komissiya fəaliyyət göstərir. Bu komissiya bir çox ölkələrdə yaradılmış xidmət məntəqələrində Yerin qütblərinin hərəkəti-ni və Yerin öz oxu ətrafında fırlanmasının qeyri-bərabərliyini öyrənir.


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin