Backup of Uz Qabigi



Yüklə 3,95 Mb.
səhifə88/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   84   85   86   87   88   89   90   91   ...   183
Şəkil 7.8. Yer oxunun presessiyusı

olar. Ayın Yer sferoidini cəzb etməsi bu üç qüvvənin cəmin


dən ibarət olacaqdır.

Aydındır ki, F^F2 olduğundan Ayın cazibəsi Yerin pNpS

fırlanma oxunu elə döndərməyə çalışır ki, Yerin ekvator müs-təvisi Ayla Yeri birləşdirən TL istiqamətinin üzərinə düşsün. Onda mexanikanın uyğun qanunlarına görə Yerin fırlanma oxu pNpS F1 və F2 qüvvələrinin yerləşdiyi müstəviyə perpendi-

kulyar istiqamətdə yerini dəyişər. Nəticədə Yerin fırlanma oxu ekliptikanın oxu ətrafında konus cızır. Bu zaman Yerin fırlanma oxunun ekliptika müstəvisinə meyli dəyişmir. Onda aydındır ki, dünyanın qütbləri ekliptikanın qütbləri ətrafında radiusu ekliptikanın meylinə bərabər olan dairələr cızacaqdır. Bu hadisəyə Yer oxunun presessiyası deyilir.

Günəş də Yer oxuna pressesiyaedici təsir edir. Lakin Ay Yerə daha yaxın olduğundan onun təsiri Günəşin təsirindən böyükdür.

Yerin ekvatorial kütlə kəmərinə eyni zamanda Ay, Günəş və hətta planetlər təsir edir. Ona görə Yerin oxu fəzada çox mürəkkəb hərəkət edir.

Ay və Günəşin təsiri ilə Yer oxunun ekliptikanın oxu ət-rafında konus cızmasına Äy-Günəş presessiyası deyilir. Bu, çox yavaş prosesdir. Onun dövrü, yəni Yer oxunun ekliptika-nın oxu ətrafında tam bir konus cızması üçün lazım olan za-man fasiləsi təxminən 26 000 ildir. Onda aydındır ki, Yer oxu-nun ekliptikada ümumi illik presessiyası

mkl=-^— = 50".26 M 26 000

olar. Ekvatorda bu



mv =50".26туг = 46"Л1

ekv

olar.


Ümumi illik presessiyanı XIII əsrin əvvəllərində kifayət qədər böyük dəqiqliklə böyük Azərbaycan astronomu Nəsi
rəddin Tusi təyin etmişdir.

Planetlərin presessiya edici təsiri çox az olduğundan Yerin oxuna təsir edə bilmir. Onlar Yerin orbit müstəvisinə (ekliptika müstəvisinə) çox zəif təsir edir.

Planetlərin ekliptika müstəvisinə təsiri planet presessiyası adlanır. Planet presessiyası nəticəsində ekliptikanın ekvatora meyli də dəyişir. Müasir dövrdə bu meyl ildə 0".47 azalar. Planet presessiyası dövrü olduğundan müəyyən müddətdən son-ra (bir neçə min il) ekliptikanın meyli çox yavaş artmağa baş-layacaqdır.

Planet presessiyası nəticəsində yaz bərabərliyi nöqtəsi il-də 0".114 şərqə tərəf sürüşür.

Aydındır ki, planet presessiyası nəticəsində ekliptikanın qütbü də göy sferində sürüşəcəkdir. Ona görə dünyanın qütbü-nün ekliptikanın qütbü ətrafında cızdığı dairə qapanmır.


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin