§7.9. Yer oxunun nutasiyası
Ay və Günəşin presessiya edici qüvvəsi, yəni F1 və F2 qüv-
vələri qiymət və istiqamətini müntəzəm olaraq dəyişir. Ay və Günəş Yerin ekvator müstəvisində olduqda bu qüvvələrin tə-siri sıfır olur, Ay və Günəş Yerin ekvator müstəvisindən uzaq-laşdıqca bu qüvvələr artır. Bunun nəticəsində Yerin fırlanma oxu özünün orta vəziyyəti ətrafında müxtəlif kiçik rəqslər edir. Buna Yer oxunun nutasiyası deyilir.
Şəkil 7.9-da Yer oxunun nutasiyası göstərilmişdir. Bu şəkildən göründüyü kimi presessiya nəticəsində dünyanın qüt-bü ekliptikanın qütbü ətrafında hamar dairə yox, nutasiyanın təsiri ilə mürəkkəb dalğavari əyri cızır.
Yer oxunun nutasiya rəqslərində bir çox dövr var. Onlar-dan ən böyüyünün dövrü Ay düyünlərinin dolanma dövrlərinə bərabər olub 18.6 ildir. Yer oxunun bu rəqsi nəticəsində dün
Şəkil 7.9. Yer охипип nutasiyası
yanın qütbü göy sferində böyük yarım oxu 9".21 və kiçik ya-rım oxu 6".86 olan ellips cızır.
Dostları ilə paylaş: |