§7.8. Yer oxunun presessiyası
Əvvəlki paraqraflarda söylədiyimiz kimi il ərzində Yerin fırlanma oxu fəzada öz vəziyyətini saxlayır. Lakin bu yalnız kiçik zaman fasilələri üçün doğrudur. Kifayət qədər böyük zaman fasilələrində Yerin fırlanma oxu fəzada vəziyyətini dəyi-şir.
Yerin fırlanma oxunun fəzada vəziyyətinin dəyişməsini b.e.ə. II əsrdə yunan astronomu Hipparx kəşf etmişdir. Bu hadisəni izah edək.
Yer sferoidinin daxilində radiusu Yerin qütb radiusuna bərabər olan dairə çəkək. Onda Ayın Yerin kürə hissəsinə tə-sir edən cazibə qüvvəsi F sferoidin mərkəzinə tətbiq olunar. Ekvatorial kütlə artığının Aya yaxın olan yarısına təsir edən qüvvə F1, Aydan uzaq olan yarısına təsir edən qüvvə isə F2 ol-
sun. Aydındır ki, bu qüvvələr bir-birinə bərabər olmaz. Təbii-dir ki,
F1>F2
Ekliptika
Dostları ilə paylaş: |