aberrasiya sabiti adlanır. Onda (7.7) aşağıdakı kimi yazıla bi-
lər:
s = So sinP . (7.9)
Aberrasiya nəticəsində il ərzində ekliptikanın qütbü ya-xınlığında (P=90o) olan ulduzlar radiusu r=soolan dairə, ekliptik enliyi 0°
<90° olan ulduzlar böyük yarımoxu a=so, ki-çik yarımoxu b=sosinP olan ellips və ekliptik enliyi P=0 olan ulduzlar uzunluğu l = 2so=41" olan qövs parçası cızır.
§7.5. Fəsillərin əmələ gəlməsi Yerdə fəsillərin əmələ gəlməsinə səbəb aşağıdakılardır:
Yerin Günəş ətrafında illik dolanması;
İl ərzində Yerin fırlanma oxunun fəzada öz vəziyyətini saxlaması;
Yerin fırlanma oxunun onun orbit müstəvisinə meyilli olması;
Günəşin illik hərəkətindən (Fəsil III) bildiyimiz kimi Yer-də aşağıdakı fəsillər baş verir:
Martın 21-də, Günəş diski mərkəzi yaz bərabərliyi nöqtəsindən keçdiyi gün Yerin şimal yarımkürəsində yaz, cə-nub yarımkürəsində isə payız fəsli başlayır;
İyunun 22-də, Günəş diski mərkəzi yay günəşduruşu nöqtəsindən keçdiyi gün Yerin şimal yarımkürəsində yay, cə-nub yarımkürəsində isə qış fəsli başlayır;
Sentyabrın 23-də, Günəş diski mərkəzi payız bərabər-liyi nöqtəsindən keçdiyi gün Yerin şimal yarımkürəsində pa-yız, cənub yarımkürəsində isə yaz fəsli başlayır;
Dekabrın 22-də, Günəş diski mərkəzi qış günəşduruşu nöqtəsindən keçdiyi gün Yerin şimal yarımkürəsində qış, cə-nub yarımkürəsində isə yay fəsli başlayır.
Şəkil 7.5-də Yerin Günəş ətrafında illik dolanması və bu zaman il ərzində Yerin fırlanma oxunun fəzada özünə paralel köçürülərək öz vəziyyətini saxlaması göstərilmişdir.
İndi fəsillərin əmələ gəlməsini izah edək.
Məlumdur ki, Yer səthində vahid zamanda verilmiş səth elementinə Günəşdən düşən işıq seli işıq şüalarının səthə çəkil-miş normalla əmələ gətirdiyi busağın, başqa sözlə, düşmə bu-cağının kosinusu ilə mütənasib olacaqdır, yəni
0=Oocosi. (7.10)
Burada o-səthə normal düşən (/=0o olduqda) sel, i-isə işıq
Yaz (21 mart)