Dünyanın qütbləri 26 000 ildə ekliptikanın qütbləri ət-rafında radisu
r = 6 = 23°26\5
olan dairələr cızır.
Yaz və payız bərabərliyi nöqtələri yavaş-yavaş qərbə doğru sürüşür.
Presessiya nəticəsində yaz bərabərliyi nöqtəsi Günəşin illik hərəkətinə qarşı sürüşdüyündən Günəş bu nöqtəyə hər də-fə bir az tez daxil olur və ona görə tropik il (Günəşin yaz bə
rabərliyi nöqtəsindən iki ardıcıl keçməsi üçün lazım olan za-man fasiləsi) ulduz ilindən (Yerin Günəş ətrafında bir tam dövr etməsinə lazım olan zaman fasiləsi) qısa olur.
Göy cisimlərinin ekliptik uzunluğu yaz bərabərliyi nöqtəsindən hesablandığından onların ekliptik uzunluğu ildə 50".26 artır.
Göy cisimlərinin ekvatorial koordinatları (düz doğuşu və meyli) müntəzəm olaraq dəyişir, bu da Yerin verilmiş nöq-təsində göyün görünən mənzərəsini dəyişir.
VIII FƏSİL AYIN HƏRƏKƏTİ Bu fəsil Yerin yeganə təbii peyki və bizə ən yaxın göy cismi olan Ayın hə-rəkətinə, fazalarına, müxtəlif dolanma dövrlərinə və librasiyalarına (yellənmə-lərinə) həsr edilmişdir. Ay bizə ən yaxın göy cismi olduğundan digər göy cismi-nin hərəkətində müşahidə olunmayan bəzi incəliklər onun hərəkətində aşkar olunmuşdur.