§ 8.3. Ayın Yer ətrafında dolanması
Ay Yer ətra-fında fokusların-dan birində Yer olan elliptik orbit üzrə dolanır. Bu dolanma qərbdən şərqə doğru, yəni Yerin Günəş ət-rafında dolanma istiqamətində baş verir. Ayın orbiti şəkil 8.2-də göstə-
rilmişdir Ay or- Şəhil 8.2. Äyın Yer ətrafında dolanma orbiti
bitinin böyük və kiçik yarımoxları aşağıdakı kimidir:
-
= 384400 km ,
-
= 383823 km .
Ay orbitinin eksentrisiteti
Ay orbitinin Yerə ən yaxın nöqtəsi orbitin perigeyi, ən uzaq nöqtəsi isə apogeyi adlanır. Ayın perigey məsafəsi
q, =a (1-e)=363 400 km ; apogey məsafəsi isə
Q, = a(1+e)=405 400 km - dir. Ayın orbit müstəvisinin ekliptika müstəvisinə meyli и =05°09' .
Günəşin və başqa göy cisimlərinin sarsıdıcı təsiri ilə Ay orbitinin meyli i =04°51' ilə i =05°20' arasında dəyişir, yəni
i =04°51'+05°20'
Ayın Yer ətrafında bir tam dolanma dövrü onun siderik və ya ulduz dolanma dövrü (bəzən sadəcə siderik ay) adlanır.
Ayın siderik dolanma dövrü onun öz oxu ətrafında fır-lanma dövrünə bərabərdir.
Ayın siderik dolanma dövrü
Т, = 27.32 orta Günəş günü = 27d07h43m11s.47.
Asanlıqla hesablamaq olar ki, Ayın orbit üzrə orta xətti sürəti
vorb = = 3682 km/saat « \km / s
olar.
Aydındır ki, Ayın göy sferiində günlük bucaq yerdəyiş-
= 13°.18
məsi
olar.
Dostları ilə paylaş: |