Backup of Uz Qabigi


Günəşdən Aya və Aydan Yerə olan istiqamətlər ara-sındakı bucağa faza bucağı



Yüklə 3,95 Mb.
səhifə94/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   90   91   92   93   94   95   96   97   ...   183
Günəşdən Aya və Aydan Yerə olan istiqamətlər ara-sındakı bucağa faza bucağı y deyilir.

Şəkil 8.4. Äyın fazaları
Şəkil 8.4 - də Ayın fazaları göstərilmişdir. Şəkildən gö-ründüyü kimi:

I vəziyyətində Ayın Yerə tərəf çevrilmiş yarısı işıqlanmır və ona görə Yerdən Ay görünmür. Buna təzə Ay deyilir. Təzə Ay fazasında Ay Yerlə Günəş arasında olur. Bu fazada Ay birləşmə konfiqurasiyasındadır, onun fazası və faza bucağı


Ф =0, y = 180o .
Təzə Ay fazasından 2-3 gün sonra Ay Günəş batan kimi qabarıq tərəfi Günəşə tərəf çevrilmiş nazik oraq şəklində gö-rünür.

II vəziyyətində Yerdən baxdıqda Ay yarım disk şəklində


görünür. Yarımdiskin qabarıq tərəfi Günəşə doğru yönəlib.
Bu fazaya I rüb deyilir. Bu zaman Ay şərq kvadraturasında olur. Ay gecənin birinci yarısı görünür. Onun fazası və faza bucağı
Ф =1/2 , y =90°

olar.


  1. vəziyyətində Ay dolu disk şəklində görünür. Günəş, Yer və Ay bir düz xətt üzərindədir. Yer Ayla Günəşin arasın-dadır. Bu faza dolu Ay və ya bədirlənmiş Ay adlanır. Bu zaman Ay əksdurma konfiqurasiyasında olur. Bu fazada Ay Günəş batan kimi doğur, bütün gecəni görünür, Günəş doğan kimi batır. Onun fazası və faza bucağı

Ф =1 , y =0° .



  1. vəziyyətində Ay yarım disk şəklində görünür, yarım-diskin qabarıq tərəfi Günəşdən əks tərəfə yönəlir. Bu fazaya axırıncı rüb deyilir. Bu zaman Ay qərb kvadraturasında olur. Ay gecənin ikinci yarısı görünür. Onun fazası və faza bucağı

Ф =1/2 , y =90°

olar.


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin