§ 8.4. Ayın fazaları
Yerdən Ay müxtəlif şəkillərdə : tam dairə, yarımdairə, oraq və s. şəkillərdə görünür. Bunlar dövrü olaraq bir-birini əvəz edir və təkrarlanır.
Ayın müxtəlif xarici görünən şəkilləri onun fazaları adlanır.
Faza ədədi qiymətcə Ayın diskinin işıqlanan (parlaq gö-rünən) hissəsinin ən böyük eninin d, onun diskinin diametri-nə D} nisbətinə bərabərdir, yəni
^ d d
Ф = — =
D, 2R,
Ay diskinin işıqlanan his-səsini işıqlanmayan hissə-sindən ayıran xəttə terminator deyilir.
Terminator əksər hallar-
da yarım ellips şəklində olur.
Aydındır ki, yeni Ay və dolu ШэШ 8.3. Terminator
Ay fazalarında terminator ümumiyyətlə yoxdur, I və axırıncı rüb Ay fazalarında isə terminator düz xəttə çevrilir. Şəkil 8.3 - də terminator göstərilmişdir.
Ayın müxtəlif şəkillərdə görünməsi (fazaları) onunla əla-qədardır ki, Ay şəffaf olmayan cisim olduğundan Günəşdən gələn işıq şüaları (Günəş çox uzaq olduğundan onun şüaları-nı paralel hesab etmək olar) onun həmişə yarısını işıqlandırır, o biri yarısına isə işıq düşmür və ona görə qaranlıq görünür.
Dostları ilə paylaş: |