§ 8.6. Ayın dolanma dövrləri
Ayın hərəkətində bir neçə dövr anlayışı istifadə olunur. Onlardan Ayın siderik dolanma dövrü və ya siderik ayla bu fəslin ikinci paraqrafında tanış olmuşuq. Ayın digər dolanma dövrləri ilə tanış olaq.
Ayın iki ardıcıl eyni fazası arasındakı zaman fasiləsinə Ayın sinodik dolanma dövrü və ya sinodik ay deyilir.
Ayın sinodik dolanma dövrü onun siderik dolanma döv-ründən bir qədər böyükdür. Bunu izah etmək üçün şəkil 8.8 -ə nəzər salaq. Şəkildə G -Günəş, T - Yer və L - Aydır. Görün-düyü kimi I vəziyyətində Ay bədirlənmiş ay fazasındadır. Bir siderik dolanma dövründən sonra Ay və Yer II vəziyyətinə gələr və Ay Yer ətrafında bir tam dövr edərək ulduzlar arasın-da öz yerinə qayıdar. Lakin Ayın yenidən bədirlənmiş ay fa-zasında olması üçün Ay Yerlə birlikdə bir qədər də yol qət edərək III vəziyyətində olmalıdır. Onun üçün Yer öz orbitin-də hərəkət edərək sinodik ayla siderik ayın fərqi qədər zaman sərf etməlidir. Yəni sinodik dolanma dövrü siderik dolanma dövründən bu fərq qədər böyük olmalıdır.
Ay üçün sinodik hərəkət tənliyi daxili planetlərdəki kimi,
yəni
J__ J 1_
V T T
u) ±J ±ffi
olacaqdır. Burada Sj və T3 uyğun olaraq Ayın sinodik və siderik dolanma dövrləri və T$- ulduz ilidir (və ya Yerin siderik dolanma dövrüdür). Bu tənlikdən Sj və T$ -yə görə T3 təyin oluna bilər. Ayın sinodik dolanma dövrü
Dostları ilə paylaş: |