Şəkil 8.8. Äyın sinodik və siderik dolanma dövrləri
S, =29.53 orta Günəş günü = 29d12h44m29s.
Beləliklə, sinodik ay siderik aydan 2.21 gün uzundur.
Ayın öz orbitinin perigeyindən iki ardıcıl keçməsi ara-sındakı zaman fasiləsinə anomalistik ay deyilir.
Anomalistik ay 27.55 orta Günəş gününə bərabərdir.
Ayın öz orbitinin verilmiş düyünündən iki ardıcıl keç-məsi arasındakı zaman fasiləsinə əjdaha ayı deyilir.
Əjdaha ayının uzunluğu 27.21 orta Günəş gününə bəra-bərdir.
Ayın ekliptik uzunluğunun 360° artmasına lazım olan zaman fasiləsinə tropik ay deyilir.
Tropik ayın uzunluğu siderik aydan cəmi 7 saniyə qısa olub 27d07h43m04s.47 -yə bərabərdir.
Dostları ilə paylaş: |