с^тЗЗ xəttinə düyünlər xətti deyilir. Aydmdır ki, bu xətt ekliptika və Aym göy sferində hərəkət yolu müstəvilərinin kəsiş-mə xəttidir.
Günəşin cazibə təsiri ilə düyünlər Ayın hərəkətinin qar-şısına doğru, yəni şərqdən qərbə doğru ekliptika boyunca sü-
rüşür. Bu sürüşmənin dövrü 6798 gün və ya 18 il 7 aydır. Bu dövrdən sonra düyünlər öz yerlərinə qayıtmış olur.
Asanlıqla tapmaq olar ki, Ayın bir siderik dolanma döv-ründə düyünlərin sürüşməsi
д = ®£Л.27.32 = 1°.45' 6798
Şəkil 8.7. Enən düyün yaz bərabərliyi ilə üst-üstə düşəndə
olar.
Ayın düyünlərinin ekliptika üzrə sürüşməsi onun müşahi-də olunma şəraitini xeyli dəyişir. Belə ki, Ayın qalxan düyünü yaz bərabərliyi nöqtəsinə düşdükdə (şəkil 8.6) onun orbit müs-təvisi ekvator və ekliptika müstəvilərindən dünyanın şimal qütbünə doğru olur. Ona görə Ayın meyli
5, =±(e+i) » ±28°35'
arasında dəyişir. Ayın enən düyünü yaz bərabərliyi nöqtəsinə düşdükdə (şəkil 8.7) isə Ayın orbit müstəvisi ekliptika ilə ekvator müstəviləri arasına düşür və Ayın meyli
5, =±(e - i) » ±18o17'
arasında dəyişir. Burada
e =23o26.5' - ekliptikanın meyli, i =05o09' Ayın orbit müs-təvisinin ekliptika müstəvisinə meylidir.
Qeyd edək ki, Ay orbitinin perigeyi də Ayın hərəkət isti-qamətində 8 il 10 aylıq bir dövrlə müntəzəm olaraq sürüşür.
Dostları ilə paylaş: |