§ 8.7. Ayın librasiyaları Yuxarıda dediyimiz kimi Ayın öz oxu ətrafında fırlanma dövrü onun Yer ətrafında dolanma dövrünə bərabər olduğun-dan və bu hərəkətlərin istiqaməti eyni olduğundan (qərbdən şərqə doğru) Yerdən Ay səthinin həmişə eyni tərəfi görünür. Lakin Ayın librasiyaları (yellənmələri) nəticəsində Ay səthi-nin 50%-i yox, təxminən 60%-i seyr edilə bilir.
Ayın öz oxu ətrafında fırlanması sabit sürətlə baş verdiyi halda onun orbiti ellips olduğundan orbital hərəkəti dəyişən sürətli hərəkət olacaqdır. Ona görə perigeydən keçdikdən siderik dövrün dörddə birindən sonra Ay öz oxu ətrafında 90°