Şəhil 9.7. Günəş tutulmasının başlanğıcında Günəşin, Ayın və Yerin vəziyyzti
Aydır. Aydındır ki, qismən Günəş tutulmasının baş verməsi üçün Ay və Günəş diskinin xarici toxunması lazımdır. Şəkil-dən göründüyü kimi Yer səthinin О nöqtəsindəki müşahidəçi-yə görə Ay və Günəş disklərinin xarici toxunması üçün Ay diskinin aşağı kənarı OG' xəttinə toxunmalıdır. Şəkil 9.7-də Ayın geosentrik ekliptik enliyi
p,=ZLTG=ZLTL'+ZL'TG'+ZG'TG olar. Şəkildən göründüyü kimi Ayın bucaq radiusu p,=ZLTL'=15'.5 ; Günəşin bucaq radiusu
p0=ZG'TG = 16'.3 ;
(9.9)
(9.10)
(9.11)
Ayın üfüqi parallaksı
p,=ZTL'O=57'.0; (9.12)
və Günəşin üfüqi parallaksı
P0=ZTG'O=88. (9.13) Əgər (9.10) -(9.13) -ü (9.9) -da nəzərə alsaq yaza bilərik
ki,
b,=p,+p0+p, -P0 =88\7. (9.14)
Beləliklə (9.8) və (9.14) -dən Günəş tutulmasının baş ver-məsi üçün Ayın öz orbitinin düyünündən hansı ekliptik uzun-luq məsafəsində olmasını hesablaya bilərik. Qeyd edək ki, (9.14) -də p,, p,, p0, p,, və p0-in orta qiymətləri üçün hesab-
lanmışdır. Onların maksimal və minimal qiymətləri üçün (9.9)-dan tapmaq olar ki,
p,max=94'.5, p,min=84'.4.
Onda (9.8)-dən taparıq ki,
Jl6°; p, =84(4olduqda, ^~{l8°;P, =94'.5 olduqda. Beləliklə, alırıq ki, Ay düyünlərindən
A1,£18°
məsafədə olduqda qismən Günəş tutulması baş verə bilər,
A1,£16°
olduqda isə qismən Günəş tutulması mütləq baş verməlidir.
Tam və halqavari Günəş tutulması isə o zaman baş verə bilər ki, şəkil 9.7-də Ayın yuxarı kənarı OG' xəttinə toxunsun.
Buna Ay və Günəş disklərinin daxili toxunması deyilir. Yenə (9.8)-dən hesablamaq olar ki,
olduqda Günəşin tam və halqavari tutulması hökmən baş ver-məlidir. Təbiidir ki, Alj kiçik olduqca tutulmanın fazası və
müddəti böyük olar, A1j=0 olduqda (Ay öz düyünündə olduqda) tutulmanın fazası və müddəti maksimal olar.
Ekliptikanın Günəş tutulması mümkün olan hissəsinə tutulma zonası deyilir. Qismən tutulma üçün tutulma zonası
2A1,=32° - 36°;
tam və halqavari tutulma üçün isə
2A1,=20° - 22°.
Məlumdur ki, Günəş öz zahiri hərəkətilə gündə təxminən 1° qərbdən şərqə doğru yerini dəyişir. Deməli, qismən tutulma zonasını Günəş təxminən 32 -34 günə qət edir. Ayın təzə ay fazası isə 29.53 gündən bir təkrarlandığından hər düyün ət-rafında mütləq bir qismən tutulma baş verməlidir. Bəzən isə tutulma zonasının başlanğıcında və sonunda olmaqla iki qısa müddətli qismən Günəş tutulması ola bilər.
Tam və halqavari Günəş tutulma zonası 20°-22° oldu-ğundan Günəş bu zonanı cəmi 22 günə qət edir. Bu da Ayın sinodik dolanma dövründən kiçik olduğundan tam və halqavari tutulma baş verməyə bilər.
Günəşin ХХ əsrdə son tam tutulması 1999-cu il avqustun 11-də İranda, Qərbi Avropada və Hindistanda müşahidə olunmuşdur. Bu əsrin ilk tam Günəş tutulması 2002-ci il de-kabrın 4-də Avstraliyada və Şimali Amerikada olmuşdur. Növbəti tam Günəş tutulması 2003-cü il noyabrın 23-də An-tarktidada, 2006-cı il martın 29-da Türkiyədə, Rusiyada və
Şimali Afrikada, 2008-ci il avqustun 1-də Rusiyada, Çində və Afrikada və s. olacaqdır.
Dostları ilə paylaş: |