§ 9.5. Ау tutulmalarının baş vermə şərti
Yuxarıda qeyd etdiyimiz kimi Ay tutulmaları Ayın dolu ay fazasının Ay orbitinin düyünləri yaxınlığına təsadüf etdiyi hallarda baş verə bilər. Bəs dolu Ay fazası düyünlərindən han-sı Al ekliptik uzunluq məsafəsində baş versə Ay tutulması ola bilər? Bu məsafə də baxdığımız fəslin (9.8) ifadəsi ilə təyin olunur.
Aydındır ki, qismən Ay tutulması Ay diskinin qərb kəna-rının Yerin buraxdığı kölgə konusuna toxunması (xarici to-xunma) ilə başlayır. Əgər a' -Ay diskinin mərkəzi ilə Ay mə-safəsində Yer kölgəsi konturunun mərkəzi arasındakı bucaq məsafəsi olsa, p' -Yer kölgəsi konturunun bucaq radiusu olsa və pj -Ay diskinin bucaq radiusu olsa Ayın ekliptik enliyini
p = a'= p'+p, (9.15)
kimi yaza bilərik. Sonuncu ifadədə Ayın parallaksını nəzərə almağa ehtiyac yoxdur, ona görə ki, Ay və onun üzərinə dü-şən Yer kölgəsinin mərkəzi Yerdən eyni məsafədə olacaqdır.
Ayın Yerdən orta məsafəsində Yer kölgəsinin bucaq ra-diusunun
p'=42',
Ay diskinin bucaq radiusunun isə
p,= 15'.5
olduğunu nəzərə alaraq (9.8)-dən alarıq ki, qismən Ay tutul
ması düyünlərdən
məsafəsində baş verə bilər. Ayın Yerdən ən uzaq və ən yaxın məsafəsində bu məsafə ±1° fərqlənir. Ona görə Ayın maksi-mal tutulma zonası üçün taparıq ki,
A1,=2A1=24°.
Bu məsafəni Yerin kölgəsi təxminən 23 günə, yəni sinodik aydan az bir müddətə qət etdiyindən Ay tutulması baş vermə-yə də bilər. Aydındır ki, Ay tutulması olsa da birdən artıq ola bilməz.
Dostları ilə paylaş: |