§ 9.3. Günəş tutulmalarının baş vermə şərti
Şəhil Я.б.Аут Ау düyününə пэзэгэп vəziyyəti
Əgər Ayın orbit müstəvisi ekliptika müstəvisilə üst-üstə düşsə idi hər bir yeni Ay fazasında Günəş tutulması baş verər-di. Beləliklə, Ayın hər bir sinodik dolanma dövründə bir Gü-nəş tutulması müşahidə olunardı. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisinə meylli olduğundan hər yeni Ay fazası-nın Günəş tutulması baş vermir. Günəş tutulması yalnız yeni
ay fazasının Ay orbitinin düyünləri yaxınlığında baş verdikdə müşahidə oluna bilər. Yeni ay fazası orbitin düyünlərindən hansı məsafədə (yəni Ay düyündən hansı ekliptik uzunluq in-tervalında) olduqda Günəş tutulması baş verəcəyinə baxaq.
Şəkil 9.6-da Ay orbitinin qalxan düyün nöqtəsi yaxınlı-ğında Ayın yolu və ekliptika göstərilmişdir. Şəkildə G -Günəş diskinin mərkəzi, L -Ay diskinin mərkəzi, b -qalxan düyün və i -orbit müstəvisinin ekliptika müstəvisinə meylidir. Bu şəkil-
dəki LbG üçbucağının həllindən tapmaq olar ki,
Burada b -Ayın geosentrik ekliptik enliyi və Al -Ayın qalxan düyünündən olan ekliptik uzunluq məsafəsidir. Tutul-manın başlanğıcında Ayın ekliptik enliyini təyin etmək üçün şəkil 9.7-yə müraciət edək. Şəkildə G -Günəş, T -Yer və L -
Dostları ilə paylaş: |